Məhkəmə qərarları › İş №8(5-126)-18/2026

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(5-126)-18/2026

06.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(5-126)-18/2026 06.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X13 İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Təqdimatla müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə, Borclu, Tələbkar iştirakları ilə Borclu məxsus «Ford Transit mikroavtobus» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2226/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən 04 iyun 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları- 06 yanvar 2014-cü il təvəllüdlü X3, 10 mart 2018-ci il təvəllüdlü X4 və 06 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli (hər bir uşaq üçün) məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi icraya yönəldilmiş və icra sənədi üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsində icraata başlanılmışdır. Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə təqdimatla məhkəməyə müraciət edərək, məcburi icra tədbiri qismində Borclu məxsus «Ford Transit mikroavtobus» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2226/2025-010 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 04 iyun 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları- 06 yanvar 2014-cü il təvəllüdlü X3, 10 mart 2018-ci il təvəllüdlü X4 və 06 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli (hər bir uşaq üçün) məbləğində aliment tutulmalıdır. Bundan əlavə Borclu mediasiya prosesi ilə bağlı ödənilmiş 30 manat məbləğində pul tutularaq Tələbkar verilməli, 92 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Ford Transit mikroavtobus” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, yuxarıda göstərilənlər və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla məcburi icra tədbiri qismində Borclu məxsus həmin avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən təqdimatla müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə təqdimatı müdafiə edərək təqdimatda göstərilənlərə uyğun izahat verməklə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən ondan 04 iyun 2025-ci il tarixdən başlayaraq hər ay 3 uşağın saxlanılmaları üçün hər bir uşağa minimum əmək haqqının 0.5 misli məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini imkan olduğu vaxtlarda bacardığı qədər məbləğdə ödəməyə çalışmışdır. «Ford Transit mikroavtobus» markalı, **- CL-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmaqla həmin avtomobil ilə xidmətlər göstərib pul qazanır, lakin həmin işlər də mövsümi olur, iş olmayan vaxtı gəlir əldə edə bilmədiyindən aliment ödəyə bilməmiş və borcu yaranmışdır. Lakin həmin avtomobillə işləyib aliment borclarını ödəməyə çalışacaqdır. Ona görə də avtomobilinə həbs qoyulmasını istəmir. Məhkəmə iclasında iştirak edən tələbklar Tələbkar göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən 04 iyun 2025-ci il tarixdən başlayaraq Borclu himayəsində olan üç uşağının saxlanılmaları üçün hər bir uşağa minimum əmək haqqının 0.5 misli məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Borclu Elmar Abdullayev maddi imkanı yaxşı olmasına baxmayaraq mütəmadi olaraq aliment ödənişlərindən yayınmış, bu müddət ərzində heç vaxt uşaqları ilə maraqlanmamış, cəmi bu vaxta qədər 800 manat aliment ödənişi etmişdir. Onun da maddi vəziyyəti ağırdır, anasının və bacısının köməkliyi ilə bir təhər uşaqları saxlayır. Ona görə də iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə təqdimat vermiş şəxsin, borclunun və tələbkarın izahatlarını dinləyib, təqdimatı və əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2226/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən 04 iyun 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları- 06 yanvar 2014-cü il təvəllüdlü X3, 10 mart 2018-ci il təvəllüdlü X4 və 06 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli (hər bir uşaq üçün) məbləğində alimentin tutulması, bundan əlavə Borclu mediasiya prosesi ilə bağlı ödənilmiş 30 manat məbləğində pulun tutularaq Tələbkar verilməsi, 92 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-2226/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsi xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına qəbul edilməklə icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən Borclu xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş göndərilmiş və borclu həmin bildirişlə tanış olmuşdur. Təqdimata əlavə edilmiş tələbkar X2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, tələbkar X1 rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Borclu tərəfindən ödənilməmiş qalan aliment borcunun ödənilməsi istiqamətində zəruri icra tədbirlərinin görülməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından müəyyən olunur ki, baza məlumatlarına əsasən Borclu adına qeydiyyatdan keçmiş “Ford Transit mikroavtobus” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməklə Borclu məxsus “Ford Transit mikroavtobus” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. İcra sənədi üzrə Borclu məxsus “Ford Transit mikroavtobus” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icraya yönəldilsin. Qərərdadın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar