Məhkəmə qərarları › İş №8(5-126)-41/2026

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(5-126)-41/2026

25.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(5-126)-41/2026 25.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, İzzətli Anar İzzət oğlunun katibliyi, Tələbkar iştirakı ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək borclu- Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə təqdimatla müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimat vermiş şəxsin və birclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində aliment pulu X1 alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilməklə icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün müddət müəyyən edilmişdir. Lakin müəyyən olunmuş müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda borclunun ödənilməmiş 4800 manat aliment borcu vardır. Hesab edirlər ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutulmaqla, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən Tələbkar güstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2008-ci il təvəllüdlü uşağı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində aliment pulu keçmiş arvadı Borclu alınaraq ona ödənilməsi qət edilmiş və məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu keçən müddət ərzində aliment ödənişi etməmişdir. Hazırda verilmiş təqdimatın təmin edilməsinə etirazı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Abdulağayeva (Mirzəbəyova) Zümrüd Abdurəhim qızından xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi təmin edilməlidir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borclu Abdulağayeva (Mirzəbəyova) Zümrüd Abdurəhim qızından xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində alimentin tutularaq Tələbkarxeyrinə ödənilməsinə dair Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)- 153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmaqla qeyd olunan icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında icra məmurunun xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclu Abdulağayeva (Mirzəbəyova) Zümrüd Abdurəhim qızına tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Odur ki, məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Müvafiq icra sənədi üzrə borclu- xx.xx.1984-cü ildə Xaçmaz rayonunda anadan olmuş Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar