Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(5-126)-48/2026 26.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Borclu məcburi gətirilməsinə dair Xaçmaz rayon İcra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Xaçmaz rayon İcra və probasiya şöbəsi Borclu məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 3753/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində Xaçmaz rayon Məhkəməsinin 2(067)-375312018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu oğİundan hər ay 2 uşağın saxlanılması üçün cəmi 300 azn sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş müddətdə icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün muvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən coxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2026-ci il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsi tərəfindən qəbul edilərək Borclu oğİunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının qanunun 84.2-ci maddəsini rəhbər tutaraq, borciu Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Borclu, tələbkar və Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3753/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində Xaçmaz rayon Məhkəməsinin 2(067)- 375312018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu oğİundan hər ay 2 uşağın saxlanılması üçün cəmi 300 azn sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən müəyyən olunur ki, Xaçmaz rayon İcra və probasiya şöbəsi tərəfindən icra sənədi üzrə Borclu icra sənədini könüllü icra etməsi və İcra və probasiya şöbəsinə gəlməsi barədə bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Təqdimat təmin edilsin. ünvan 2i ünvanında yaşayan Borclu məcburi qaydada Xaçmaz rayon İcra və probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №8(5-126)-48/2026
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(5-126)-48/2026
26.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver