Azərbaycan Respublikası adından Qərardad Xaçmaz şəhəri İş № 8(5-126)-50/2026 05.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSI Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, tələbkar Tələbkar iştirakı ilə, borclu İdayətov Rauf Bəhram oğlunun məcburi gətirilməsinə dair Təqdimat verən orqannin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqdimat verən orqannin icra məmuru məhkəməyə təqdimatla müraciət edərək, borclu İdayətov Rauf Bəhram oğlunun Təqdimat verən orqan məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədinə əsasən borclu İdayətov Rauf Bəhram oğlundan hər ay 1 uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İdayətova Gülşad Tofik qızına verilməlidir. İcra sənədi ##.##.2018-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş müddətdə icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu İdayətov Rauf Bəhram oğlunun icra sənədində göstərilən Xaçmaz, N.Məhəmmədov küç, 7 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qeyd edilən qərar ##.##.2026-cü il tarixdə qəbul edilərək borclu İdayətov Rauf Bəhram oğlunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında tələbkar Tələbkar göstərmişdir ki, borclu icra sənədini icra etmir və hazırda 9000 manatdan çox borcu vardır. Ona görə təqdimatın təmin edilməsini xahiş edir. İş üzrə borcluya və Təqdimat verən orqan məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məktub çatdırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təlıbkarın izahatını dinləyib, təqdimata təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədinə əsasən borclu İdayətov Rauf Bəhram oğlundan hər ay 1 uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İdayətova Gülşad Tofik qızına verilməlidir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da icra məmurunun çağırışlarından yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, icra xidmətinin icra məmuru məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231 və 263-264-cü maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu İdayətov Rauf Bəhram oğluna Təqdimat verən orqan məcburi qaydada gətirilmə tədbiri tətbiq olunsun. Qərardadın icrası Təqdimat verən orqan və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №8(5-126)-50/2026
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(5-126)-50/2026
05.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver