Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(5-129)-2/2026 28.01.2026 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə "xxxx" MMC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Asif Allahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(070)-72/2023 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Asif Allahverdiyev xx.xx.2025-ci il tarixində Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(070)-72/2023 saylı icra sənədi üzrə “İcra sənədinin qaytarılması haqqında” qərar qəbul etmişdir. Hesab edirlər ki, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Asif Allahverdiyevin qərarı qanunsuz və əsassızdır. Belə ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(070)-72/2023 saylı icra sənədinə əsasən cavabdeh Borclu cəmi 492 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixdə "xxxx" MMC-yə daxil olan məktubla məlum olmuşdur ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(070)-72/2023 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. İcra məmuru sözügedən qərarı qəbul edən zaman sadəcə olaraq elektron sistem üzərindən borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənmiş və icra qanunvericiliyinin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində icra addımı atılmamışdır. Həmçinin icraat dövründə borclu şəxsdən icra sənədinin icrasına münasibətin öyrənilməsi məqsədi ilə izahat alınmamış, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməyən borclu şəxsin inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilməmiş, eyni zamanda borclunun gələcəkdə ölkə hüdudlarını tərk etməsi məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələndiyini nəzərə alaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Asif Allahverdiyev “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edərək icra sənədinin qaytarılması haqqında qərar qəbul edərək səhv qənaətə gəlmişdir. Sadəcə olaraq icra məmuru sözügedən qərarı qəbul etməklə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(070)-72/2023 saylı “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir. Şikayətə baxılması barədə "xxxx" MMC-yə, borcluya və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar (nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər. xx.xx.2026cı il tarixdə "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd etmiş və işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, şikayətə borclunun, həmçinin "xxxx" MMC-nin, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(070)-72/2023 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 00843803 nömrəli müqavilə üzrə 420 manat ödənilməmiş hissə, 42 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 492 manat cavabdeh Borclu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır; Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(070)-72/2023 nömrəli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən Xocalı Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1 və 23.1.3-cü maddələrinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi onu vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun icra ilə əlaqədar vəzifələrinə aiddir. Qanunun tələbindən göründüyü kimi icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir. Lakin, hazırki iş üzrə borclunun əmlaklarının olub-olmaması istiqamətində bütün tədbirlər görülməmiş (ümumi mülkiyyətdə olan payının müəyyən edilməsi və s.), müvafiq təşkilatlara sorğular verilməmiş, digər məcburi icra tədbirlərinin tətbiqi mümkünlüyü yoxlanılmamışdır. Qeyd olunanlara əsasən və MPM-in 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin və icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(5-129)-2/2026
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(5-129)-2/2026
28.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver