Məhkəmə qərarları › İş №8(5-129)-4/2026

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(5-129)-4/2026

10.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(5-129)-4/2026 10.02.2026 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Tələbkar, Borclu, Maraqlı şəxs icra məmuru Nümayəndə iştirakı ilə, Tələbkar “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Xocalı Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(070)-234/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Borclu ilə rəsmi olaraq 06 sentyabr 2006-cı ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 08 avqust 2010-cu il təvəllüdlü X4, 27 oktyabr 2015-ci il təvəllüdlü X2 və 27 oktyabr 2015-ci il təvəllüdlü X3 adlı 3 övladları dünyaya gəlmişdir. Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(070)-234/2024 nömrəli qətnaməsi ilə cavabdeh Borclu məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq 08 avqust 2010-cu il təvəllüdlü X4, 27 oktyabr 2015-ci il təvəllüdlü X3 və 27 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda məhkəmə tərəfindən müəyyən edilmiş aliment uşaqların saxlanılması üçün kifayət etmir. Bu səbəbdən alimentin artırılmasına ehtiyac vardır. Məhkəmə iclasında Tələbkar ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu bildirdi ki, tələbkar tərəfindən verilmiş ərizəni qəbul etmir. Belə ki, ərizənin təmin edilməsi ona ödənişlərdə çətinlik yaradacaqdır. Maddi vəziyyəti ilə əlaqədar alimentin artmasını istəmir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru Nümayəndə bildirdi ki, Xocalı Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(070)-234/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq 08 avqust 2010-cu il təvəllüdlü X4, 27 oktyabr 2015-ci il təvəllüdlü X3 və 27 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulur. İcra tədbirləri nəticəsində borclunun pensiyasına inkasso qoyulmuş və hər ay 450 manat tutularaq tələbkara ödənilir. Yekunda ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Xocalı Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(070)-234/2024 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq 08 avqust 2010-cu il təvəllüdlü X4, 27 oktyabr 2015-ci il təvəllüdlü X3 və 27 oktyabr 2015ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə müvafiq olaraq Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Xocalı Rayon Məhkəməsinin 21 avqust 2024cü il tarixli, 2(070)-234/2024 nömrəli qətnaməsinə əsasən Borclu başlayaraq 08 avqust 2010-cu il təvəllüdlü X4, 27 oktyabr 2015-ci il təvəllüdlü X3 və 27 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tələbkarın xeyrinə tutulmalıdır. Həmin məbləğ müəyyən edilərkən isə, yəni 2024-cü il yanvarın 1-dən Azərbaycan Respublikasında minimum əmək haqqı 345 manat həddində müəyyən edilmişdir. Belə ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli, 3708 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü ilin yanvarın 1-dən 345 manat müəyyən edilmişdir (sözügedən Sərəncamın 1-ci hissəsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli, 419 nömrəli Sərəncamına əsasən ləğv edilmişdir). Odur ki, bir uşaq üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində aliment 2024-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,43 mislini təşkil etmişdir. Beləliklə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmalı, indeksasiya olunmuş məbləğin tutulmasına qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Xocalı Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(070)-234/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya olunsun. Qərardadın qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 08 avqust 2010-cu il təvəllüdlü X4, 27 oktyabr 2015-ci il təvəllüdlü X3 və 27 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar