Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 8(5-129)-5/2026 17.02.2026 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Maraqlı şəxs icra məmuru Nümayəndə iştirakı ilə, Maraqlı şəxs icra məmuru Nümayəndə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3013/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Maraqlı şəxs icra məmuru Nümayəndə təqdimatla məhkəməyə müraciət edərək xx.xx.1985-ci il təvəllüdlü, Xocalı rayonunda qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan görünür ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-3013/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. Həmin icra sənədi xx.xx.2021-ci il tarixində Maraqlı şəxsnə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin dərhal könüllü təmin edilməsi müəyyən edilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda borclunun 13180 manat aliment borcu yaranmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru Nümayəndə təqdimatın məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-3013/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir; Maraqlı şəxs icra məmuru Nümayəndə tərəfindən qəbul edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-3013/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə, təqdimat verən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbayan Respublikası Qanununun: 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir; 84-1.2-ci maddəsinə əsasən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Məhkəmə hesab edir ki, icra sənədi vaxtında borclu tərəfindən könüllü icra edilmədiyindən, borc yarandığından və borclunun xarici dövlətə getməsi ehtimalının olmasını və bunun nəticəsində icra sənədinin icrasız qalacağını nəzərə alaraq, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə borcu tam şəkildə ödəyənə kimi məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3013/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu - xx.xx.1985-ci il tarixdə Xocalı rayonunda anadan olmuş, Xocalı rayonunda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borc ödənilənədək məhdudlaşdırılsın. Qərardadın icrası Maraqlı şəxsnə həvalə olunsun. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(5-129)-5/2026
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №8(5-129)-5/2026
17.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver