Məhkəmə qərarları › İş №8(5-130)-2/2026

Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №8(5-130)-2/2026

11.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 8(5-130)-2/2026 11.02.2026 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2(069)-37/2018 icra sənədi üzrə Maraqlı şəxs böyük icra məmuru İlyas Həsənovun xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi barədə Tələbkar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Açıq Səhmdar Cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2(069)-37/2018 icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs böyük icra məmuru İlyas Həsənovun xx.xx.2019-cu il tarixli qərarını qanunsuz hesab etməklə, ləğv edilməsini xahiş etmişdir. Tələbkar Açıq Səhmdar Cəmiyyəti şikayətini onunla əsaslandırmışdır ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(069)-37/2018 saylı əmri ilə borclu X1 467,44 əsas, 156,90 manat faiz, cəmi 624,34 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməsi əmr edilmiş və əmr icra olunması üçün aidiyyəti üzrə Maraqlı şəxsnə göndərilmişdir. Qeyd olunan icra sənədi üzrə icraata Abşeron rayon İcra va Probasiya Şöbəsinin böyük icra məmuru X3 21 iyul 2019-cu il tarixli qararı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən, xitam verilmişdir. Həmin qarar qanunla müəyyən olunmuş qaydada va müddətdə tələbkar qismində onlara təqdim edilməmiş, bu səbəbdən qərarı mübahisələndirmək imkanları olmamışdır. Qərardan yalnız Xocavənd Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, İM-001 saylı ərizələrinə məhkəmə tərəfindən verilən cavab vasitəsilə rəsmi qaydada məlumatlandırılmışlar. Belə ki, X2 xx.xx.2018-ci il tarixli, 2(069)-37/2018 saylı icra sənədi üzrə cari günə olan ödənilməmiş borcu 644,34 manat təşkil edir. Bu isə o deməkdir ki, məhkəmə əmri qəbul olunan tarixdən etibarən borc üzrə hər hansı ödəniş həyata keçirilməmiş və icra sənədi tam həcmdə icrasız qalmışdır. İcra məmuru qərarında icra sənədinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” barədə xx.xx.2019-cu il tarixli fərmanının təsiri altına düşdüyünü əsas gətirərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutmaqla, icraata xitam vermişdir. Lakin bu qarar tələbkarla hər hansı dəqiqləşdirmə aparılmadan, borcun icra vəziyyəti, həmçinin kreditin fərmanın təsir dairəsinə aid olması, yaxud həmin fərmanın mahiyyətinə və tələblərinə uyğun olaraq tələbkara kompensasiya ödənilib-ödənilməməsi barədə məlumatlar əldə edilmədən qəbul edilmişdir. Belə ki, Maraqlı şəxs böyük icra məmuru İlyas Həsənovun 21 iyul 2019-cu il tarixli qərarı ilə Xocavənd Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2(069)-37/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi bərədə qararı qanunsuz hesab edilməklə ,ləğv edilməli və iş üzrə icra tədbirləri davam etdirilməlidir. Ona görə də, Xocavənd Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2(069)-37/2018 icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs böyük icra məmuru İlyas Həsənovun xx.xx.2019-cu il tarixli qərarını qanunsuz hesab etməklə, ləğv edilməsini xahiş etmişdir. Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, 8(5-130)-2/2026 saylı iş üzrə məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəklərini nəzərə alaraq, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında şikayətlərinin təmin olunmasını xahiş etmişdir. Abşeron rayon İcra və Pobasiya Şöbəsinin rəisi Ayaz Nuqaylı elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, Xocavənd Rayon Məhkəməsinin 2(069)- 37/2018 icra sənədi üzrə iş materiallarına baxış zamanı icraata xitam verilməsi üçün əsas olmuş sənəd aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xocavənd Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(069)-37/2018 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclu xx xxxxxx 1971-ci il tarixdə Xocavənd rayonunda anadan olmuş, Xocavənd rayonu, Günəşli qəsəbəsində qeydiyyatda olan və Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsi ev 59-da yaşayan Borclu 467,44 manat əsas, 156,9 manat faiz, cəmi 624,34 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu Bakı şəhəri, Atatürk prospekti 42-də yerləşən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(069)-37/2018 saylı məhkəmə əmri 06 fevral 2018ci il tarixdə icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. İş materiallarında olan Maraqlı şəxs böyük icra məmuru İlyas Həsənov tərəfindən qəbul edilmiş 21 iyun 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(069)- 37/2018 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Borclu ilə Tələbkar Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BALBM0107423/14 saylı müqaviləyə əsasən, borclunun cari günə ümumilikdə 644,34 manat borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Maraqlı şəxs böyük icra məmuru İlyas Həsənov tərəfindən 21 iyun 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İcra məmuru qərarında icra sənədinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli fərmanının təsiri altına düşdüyünü əsas gətirərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutmaqla, icraata xitam vermişdir. Lakin bu qarar tələbkarla hər hansı dəqiqləşdirmə aparılmadan, borcun icra vəziyyəti, həmçinin kreditin fərmanın təsir dairəsinə aid olması yaxud həmin fərmanın mahiyyətinə və tələblərinə uyğun olması barədə məlumatlar əldə edilmədən qəbul edilmişdir. Göründüyü kimi, icra sənədi obyektiv araşdırılmadan Maraqlı şəxs böyük icra məmuru İlyas Həsənov tərəfindən 21 iyun 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bununla da, icra qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi mbarədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(069)-37/2018 saylı icra sənədi üzrə Maraqlı şəxs böyük icra məmuru İlyas Həsənovun xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi barədə qərarı ləğv edilməli və həmin icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi davam etdirilməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(069)-37/2018 saylı icra sənədi üzrə Maraqlı şəxs böyük icra məmuru İlyas Həsənovun xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi barədə qərarı ləğv edilsin və həmin icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar