Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(5-131)-12/2026 12.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İmişli regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin 8İ-9161 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X2 “İcra sənədinin qaytarılması haqqında” 04 dekabr 2025-ci il tarixli qərarından tələbkar "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tələbkar "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti İmişli regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin 8İ-9161 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İmişli rayon icra və probasiya şöbəsinin “İcra sənədinin qaytarılması haqqında” 04 dekabr 2025ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Borclu barəsində 8İ-9161 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə 130 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi İmişli rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və şöbənin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. İcra sənədinin qaytarılması haqqında qərar qanunsuz və əsassızdır. Şöbənin icra məmuru qərarını aidiyyəti orqan və təşkilatlara sorğular göndərilməsi və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməməsi ilə əsaslandırmışdır. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamışdır. Qərarda borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair aktın tərtib olunması müəyyən edilmir. Digər tərəfdən, belə akt tərtib olunubsa belə akt barədə tələbkara məlumat verilməmişdir. Bundan başqa, qanunun 23.1.3-cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Həmçinin icra məmuru borclunun banklarda hesabların olub-olmaması və hesabların mövcud olduğu halda orada pul vəsaitinin olub-olmamasını, nikahda olması və birgə nikahda əldə edilmiş əmlakın olubolmamasını aydınlaşdırmamışdır. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1.000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. Yəni borcludan tutulmalı olan məbləğin cəmi 130 manat təşkil etdiyi nəzərə alınaraq, uzun müddətdə icra məmuru tərəfindən həmin məbləğin heç olmasa qismən ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan və inandırıcı deyildir. Eyni zamanda, borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzürlü və ya üzürsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Lakin nə icra sənədinin qaytarılması haqqında qərarda borclunun izahatının alınması göstərilməmiş, nə də ki icra məmuru tərəfindən qeyd edilən halların müəyyən edilməsini təsdiq edən sübutlar iş materiallarında olmamışdır. Qeyd edilən halların müəyyən edilməməsi isə icra məmuru tərəfindən borclunun gəlirlərinin axtarışı ilə bağlı lazımi bütün tədbirlərin görülmədiyi nəticəsinə gəlməyə əsas verir. Şöbənin icra məmuru tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, həmin qərar Şöbənin rəisi tərəfindən yoxlanılaraq təsdiq edilməmişdir. Həmçinin, qanunvericiliyə uyğun olaraq icra sənədi tələbkara deyil notariat ofisinə qaytarılmışdır. Bununla da icra məmuru tərəfindən icra sənədinin qaytarılması haqqında qərarın qəbulunda prosessual hüquq normalarının tələblərinə riayət olunmamışdır. Tərəflər və icra məmuru şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Tərəflər və icra məmuru lazımi qaydada məlumatlandırılmasına rəğmən məhkəmə iclasında iştirak etmədiklərindən məhkəmə Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinin tələbinə uyğun olaraq həmin şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını tədqiq edərək hesab edir ki, icra sənədi icra olunarkən qanunvericiliyin tələbləri pozulduğundan və bütün zəruri icra tədbirləri həyata keçirilmədən formal əsaslarla geri qaytarıldığından şikayət təmin edilməli, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş 04 dekabr 2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 8İ- 9161 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, Borclu **********1 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 65,75 manat, 39,25 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 130 manat pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir; İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərara əsasən, İmişli regional “Asan Xidmət” mərkəzinin 8İ-9161 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanmışdır; xx.xx.2025-ci il tarixdə İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X4, icra məmuru X8 və X5 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, İmişli regional “Asan Xidmət” mərkəzinin 8İ-9161 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu qeydiyyatda olduğu İmişli şəhəri, Tofiq İsmayılov küçəsi ev 9, mənzil 6 ünvanında tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən edilmişdir; İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş 04 dekabr 2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərara əsasən, icra sənədi "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-ci maddəsinə əsasən İmişli regional “Asan Xidmət” mərkəzinə qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Notariat haqqında qanunun: 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır; 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir; 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər; 38.1-ci maddəsinə əsasən borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir; 39.1-ci maddəsinə əsasən hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur; 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər; 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi; 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir; 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir; 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir; 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qanun yuxarıda qeyd edilən müddəalarına əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Borclunun əmlakına baxış keçirilməsi, şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyriyaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətləri ilə bağlı icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə müvafiq icra hərəkəti akt tərtib edilir. Tələbin icrası “İcra haqqında” qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin qanunun 23.1. və 23.1.3-cü maddələrinin tələblərinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədiyi hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. Həmçinin tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra məmuru tərəfindən qanunun yuxarıda qeyd edilən tələbləri pozulmuş, borclunun ümumi mülkiyyətdə payının olması ilə bağlı araşdırma aparılmamış, borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilsə də, tələbkarın nümayəndəsinin icra hərəkətlərinin həyata keçirilməsində iştirakı təmin edilməmiş, icra sənədi üzrə icraat zamanı tələbkarın hüquqları təmin edilməmiş, tələbin icrasının “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsində göstərilən əsaslara görə mümkün olmaması barədə müvafiq akt tərtib edilməmiş, mübahisələndirilən qərarda icra qeydinin tələbkar əvəzinə İmişli Regional “Asan Xidmət” Mərkəzinə qaytarılması qərara alınmış, icra məmuru tərəfindən elektron sorğular verilməklə icra sənədi üzrə formal icraat aparılmış, icra qurumunun rəhbəri tərəfindən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət həyata keçirilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iş materialından icra məmuru tərəfindən qəbul edilmiş qərardan borcluya icra sənədinin könüllü icrasının təmin edilməsi üçün bildirişin çatdırılmasının təmin edilməsi, həmçinin borclunun (nümayəndəsinin) izahatının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi müəyyən edilmir. Məhkəmə hesab edir ki, ilk öncə borclunun icra sənədindən məlumatlı olubolmaması, könüllü icranın təmin edilməsinin mümkünlüyü araşdırılmalı, bu mümkün olmadıqda isə qanunvericilikdə nəzərdə tutulmuş digər icra tədbirləri vasitəsilə ümumiyyətlə icra sənədinin icrasının mümkün olub-olmamasına qiymət verilməlidir. Lakin iş materiallarından icra məmuru tərəfindən hər hansı digər icra tədbirlərinin həyata keçirilməsi müəyyən olunmur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə icra sənədinin qaytarılması haqqında qərarı kifayət qədər əsaslı hesab etmədiyindən, şikayətdə və qərardadın əsaslandırıcı hissəsində göstərilən halların araşdırılmalı olmasını, icra sənədinin tam icrasının mümkün olub-olmamasının müəyyən edilməsi üçün icra hərəkətlərinin davam etdirilməli olmasını, mübahisələndirilən qərarın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə qəbul edilməsini nəzərə alaraq hesab edir ki, İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8İ-9161 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X2 04 dekabr 2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarı ləğv olunmalı və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8İ-9161 saylı xx.xx.2023-cü il tarixli icra qeydinin icra edilmədən geri qaytarılması haqqında İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X2 04 dekabr 2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin. İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8İ-9161 saylı xx.xx.2023cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.
Məhkəmə qərarları › İş №8(5-131)-12/2026
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(5-131)-12/2026
12.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver