Məhkəmə qərarları › İş №8(5-131)-2/2026

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(5-131)-2/2026

14.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(5-131)-2/2026 14.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Borclu1, Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Borclu1 məxsus əmlakın üzərinə həbs qoyulmasına dair İmişli rayon İcra və probasiya şöbəsinin təqdimatına İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramil Ağasiyev təqdimatla məhkəməyə müraciət edərək, İmişli regional “ASAN xidmət” mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-12251 nömrəli icra sənədi üzrə Borclu1 mülkiyyətində olan “MAN TGX 18.440” yük markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı və "KRONE SDP “Yarımqoşqu" markalı **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli regional “ASAN xidmət” mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-12251 nömrəli icra sənədinə əsasən borclular Borclu1, Borclu2 tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 17215,45 manat pul vəsaiti tutularaq "xxxx"ASC-nə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə İmişli rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu1 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu1 məxsus olan "MAN TGX 18.440"yük markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı və "KRONE SDP “Yarımqoşqu" markalı **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar ASC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, Borclu1 icra sənədi üzrə ödəniş etməmişdir. Odur ki, təqdimatın təmin etilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak Borclu1 izahatında bildirdi ki, təqdimatda göstərilən daşınar əmlak "MAN TGX 18.440 Yük" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı və "KRONE SDP Yarımqoşqu" markalı **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 fevral 2024-cü il tarixdə "xxxx" ASC-də ipotekaya qoyularaq kredit götürülmüşdür, hazırda göstərilən bankda yüklüdür. İcra məmurun 05 yanvar 2026-cı il tarixli müraciəti əsasında onun və zamini Borclu2 iş yerinə aylıq gəlirlərindən tutulması ilə bağlı müraciət ünvanlanmışdır. İcra məmurun 05 yanvar 2026-cı il tarixli inkasso sərəncamına əsasən 309.42 manatın zaminin təqaüdündən tutulması ilə bağlı sərəncam "Kapital Vank” ASC-yə göndərilmişdir. Onun və zaminin gəlirlərinə yönəlmə edilib və əmlakın üzərinədə həbs qoyulsa o, əmlakdan istifadə edə bilməyəcək, banklara olan kreditinin ödənişini edə bilməyəcək. Bundan başqa, zaminin gəlirlərinin tutulmasının ümumi məbləğini zaminə qazancından verəcək. Belə olan halda əmlaka həbs qoyularsa bunların heç birini edə bilməyəcək. Bu onun mülkiyyətində olan əmlakı üzərində bütün hüququnu pozur. İcra sənədi üzrə təqdimat verən icra məmuruna və Borclu2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, İmişli regional “ASAN xidmət” mərkəzinin xx.xx.2025-ci il tarixli, 8İ-12251 nömrəli icra sənədinə əsasən Borclu1 və Borclu2 15819.25 manat əsas borc, 1371.17 manat faiz borcu və 25 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İmişli rayon İcra və probasiya şöbəsi tərəfindən icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İcra tədbirləri nəticəsində müəyyən olmuşdur ki, Borclu1 mülkiyyətində “MAN TGX 18.440” yük markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı və KRONE SDP “Yarımqoşqu" markalı **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tərəfindən məhkəməyə təqdim edilmiş İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli, e329016/2025-37-6 nömrəli məktubundan görünür ki, Borclu2 iş yeri üzrə Mil-Muğan Regional Təhsil İdarəsinə icra sənədinin icrası ilə bağlı borclunun gəlirinin 50%-nin tutulması barədə məktub göndərilmişdir. xx.xx.2026-cı il tarixli, e329016/2025-37-6/01 nömrəli inkasso sərəncamından görünür ki, Borclu2ın əmək haqqından aylıq 309,42 manat pul tutulur. Məhkəmə borclunun izahatını nəzərə alaraq hesab edir ki, borclu tələbkara olan borcunu ödəməkdən yayınmadığına görə, icra sənədi üzrə digər borclunun əmək haqqına tutma yönəldildiyinə görə təqdimat təmin edilməməlidir. Digər tərəfdən, borclu tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Borclu1 məxsus olan "MAN TGX 18.440"yük markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC qarşısında 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar