Məhkəmə qərarları › İş №8(5-131)-58/2026

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(5-131)-58/2026

18.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(5-131)-58/2026 18.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, X3 qızının katibliyi, Borclu iştirakı ilə, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(036)-446/2018 nömrəli qərardadı ilə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında İmişli rayon İcra və probasiya şöbəsinin təqdimatına İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru Elşən Cəfərov təqdimatla məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(036)- 446/2018 nömrəli qərardadı ilə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-8970/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular Borclu, X1 və Borclu müştərək qaydada cəmi 1507 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar QSC-nin hesabına ödənilməlidir. İcra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə İmişli Rayon Məhkəməsinin 8(036)-446/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə Borclu mülkiyyətində olan “VAZ-21043” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Tələb borclu tərəfindən təmin edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Zərurət aradan qalxdığından “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən Borclu mülkiyyətində olan “VAZ-21043” markalı, **-BK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməsini xahiş etdi. İcra sənədi üzrə tərəflərə və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İş materialları ilə müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(036)-6186/2016 saylı icra sənədi üzrə tələb borclular Borclu və X1 və Borclu tərəfindən tam şəkildə icra olunmuş və Borclu mülkiyyətində olan “VAZ-21043” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaistəsinin üzərinə qoyulmuş həbsin saxlanması halı aradan qalxmışdır. Məhkəmə qeyd olunan hüquq normalarına istinad edib, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatı qanuni və əsaslı olduğu üçün təmin olunmalı və 8(036)-446/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ-21043” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaistəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(036)-446/2018 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ-21043” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-in 2 nömrəli əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar