Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(5-131)-59/2026 19.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(036)-30/2025 saylı qərardadına əsasən Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Kənan Süleymanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru Kənan Süleymanov məhkəməyə təqdimat verərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(036)- 30/2025 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “Toyota Land-Cruiser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024 saylı 23 sentyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 18000 manat pul, vəkil xidmətinə görə 300 manat və 145 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin məcburi icrası ilə əlaqədar İmişli Rayon Məhkəməsinin 8(036)-30/2025 saylı 11 mart 2025-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Toyota Land-Cruiser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan icra sənədi üzrə borc tam şəkildə ödənildiyi üçün xx.xx.2026-cı il tarixli qərarla icra sənədinin icraatına xitam verilmişdir. Ona görə də, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(036)-30/2025 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “Toyota Land-Cruiser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişlərinin göndərilməsinə baxmayaraq, Yevlax rayon icra və probasiya şöbəsinin nümayəndəsi, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu 18000 manat pul, vəkil xidmətinə görə 300 manat və 145 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir; İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(036)-30/2025 saylı qərardadından görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına qeydiyyatda olan “Toyota Land-Cruiser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur; Yevlax rayon icra və probasiya şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarından görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1019/2024-008 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası Borclu tərəfindən tam təmin edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir; Tələbkar Yevlax rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borc məbləği Borclu tərəfindən Tələbkar ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir; 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir; 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarına aiddir; 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur; Məhkəmə hesab edir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası Borclu tərəfindən tam təmin edildiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən Borclu mülkiyyətində olan “Toyota Land-Cruiser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ2106” minik markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(036)-30/2025 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan “Toyota Land-Cruiser Prado” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı və “VAZ2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yevlax rayon icra və probasiya şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.
Məhkəmə qərarları › İş №8(5-131)-59/2026
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(5-131)-59/2026
19.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver