Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(5-131)-7/2026 23.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızı, Tələbkar İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-1998/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiyası barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Tələbkar xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-1998/2014 nömrəli qətnaməsinə əsasən qət edilmiş aliment məbləğinin hazırda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2026-cı il tarixinə uyğun olaraq indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, tələbkar ərizəsində borclunun şəxsiyyəti barədə məlumatları - eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2 və 149.2.2-ci maddələrinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 13.4, 149, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-1998/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiyası barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №8(5-131)-7/2026
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(5-131)-7/2026
23.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver