Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(5-131)-70/2026 05.03.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Borclu, X1 nümayəndəsi X7 iştirakı ilə, X1 İmişli Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(036)-178/2025 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun hərəkətləri barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, İmişli rayon icra şöbəsinin üzərinə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-178/2025 saylı qətnaməsini və qətnamədən irəli gələn icra sənədini icra etmək vəzifəsinin qoyulmasını, Borclu tərəfindən məhkəmə qətnaməsindən irəli gələn hərəkətləri İmişli şəhəri, N.ünvan 1 ünvanında yerinə yetirməsi, övladları ilə ünsiyyət hüququna dair həmin ünvanda şərait yaradılması öhdəliyinin qoyulması, Borclu məhkəmə qərarını icra etməməsi, icra hərəkətlərindən yayınması hallarına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işinin başlanılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-178/2025 saylı qətnaməsinə əsasən ona yetkinlik yaşlarına çatmayan övladları xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X8 ilə hər ilin iyul ayının 28 və dekabr ayının 11-də saat 14:00-dan 17:00-adək, hər həftənin bazar günləri, qadınlar günü, X15 günü, müstəqillik günü, Azərbaycan Xalqının Milli Qurtuluş günü, Azərbaycan Respublikası Silahlı Qüvvələr günü, Zəfər günü, Dünya Azərbaycanlılarının həmrəylik günü, Yeni il, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramlarının ikinci günlərində saat 11:00-dan, 17:00-adək İmişli şəhəri Nəriman ünvan 1 ünvanında uşaqları Borclu ünsiyyət yaratmaq üçün götürmək və həmin gün saat 17:00-dan gec olmayaraq İmişli şəhəri Nəriman ünvan 1 ünvanında borclu, uşaqların anası Borclu İmişli şəhəri Nəriman ünvan 1 ünvanında təhvil verməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-178/2025 saylı məhkəmə aktına əsasən icra vərəqəsi tərtib edilmiş və icra sənədi xx.xx.2025-ci il tarixdə İmişli rayon icra şöbəsinə göndərilmişdir. İcra hərəkətlərinə bu və dolayısı yollarla mane olmağa çalışan Borclu müxtəlif növ dolayısı yollarla icra hərəkətlərindən yayınmış və bir dəfə də olsun üzərinə düşən öhdəliyi yerinə yetirməmiş məhkəmə qətnaməsinə hörmətsizlik etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə qanun, hüquq pozuntusu törətmişdir. Borclu ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək İmişli Rayon Məhkəməsinin 2(036)-178/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsinin icra üsulunu və qaydasını dəyişdirərək onu xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı övladları ilə qərarla müəyyən edilmiş ünsiyyət qaydasında dəyişiklik edilməsini atanın övladları ilə görüşləri azyaşlıların maraqlarına uyğun habelə təhlükəsizliyinə görə ananın nəzarəti altında uşağın yaşayış yerində və ya məhkəmənin müəyyən edəcəyi neytral məkanda qısa müddətli olaraq həyata keçirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 8(036)-1707/2025 saylı qərarla ərizəçi Borclu İmişli rayon Məhkəməsinin 2(036)-178/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsini təmin etməmiş rədd etmişdir. Bütün növ qanunsuzluqlardan çəkinməyən Borclu növbəti qanun pozuntusuna əl atmaqla İmişli şəhəri Nəriman ünvan 1 ünvanında daimi qeydiyyatda olduğu və yaşadığı halda icra hərəkətlərindən yayınmaq məqsədi ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən xx.xx.2025-ci il tarixli, 328 saylı arayış almış və həmin arayışda güya ki Abşeron rayonu Xırdalan şəhəri 20 Yanvar küçəsi, ev 9B-də qeydiyyatsız yaşaması qeyd edilən sənəd əldə etmiş, həmin sənədlə İmişli rayon icra şöbəsinə müraciət etməklə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-178/2025 saylı qətnaməsindən irəli gələn atanın övladları ilə ünsiyyət hüququna dair qətnaməsinin icra yeri ünvan 2 ünvanı kimi göstərildiyindən icra hərəkətlərinin məhz Abşeron rayon icra şöbəsində həyata keçirilməsini əsas tutmuş və xahiş etmişdir ki, iş icra olunmaq üçün Abşeron rayon icra şöbəsinə göndərilsin. İmişli rayon icra şöbəsinin icra məmuru Ağayev Ramil xx.xx.2025-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qanunsuz, bilərəkdən qərar qəbul etmiş məqsəd borclunu Borclu icra hərəkətlərindən yayındırmaq olmuş və icra məmuru qərara aldım hissədə aşağıdakı qeydləri aparmışdır: 1) İcra haqqında Azərbaycan Respublikası qanununun 24.1.2-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 2(036)-178/2025-012 saylı xx.xx.2025-ci il tarixli icra sənədi, icra olunması üçün Abşeron rayon icra şöbəsinə göndərilsin. 2) Qərarın surəti tərəflərə verilsin. Göründüyü kimi Abşeron RİHB-nın Xırdalan şəhər İƏDÜ-üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 328 saylı arayışı formal xarakter daşıyır. Əslində Borclu İmişli şəhəri Nəriman ünvan 1 ünvanında daimi qeydiyyatdadır və yaşayır. Abşeron rayon icra şöbəsinin böyük icra məmuru X17 Rayon Məhkəməsinə təqdim etdiyi müraciətdə xx.xx.2022-ci il və xx.xx.2023-cü il təvəllüdlü övladları ilə atanın ünsiyyət hüququnun təmin edilməsi üçün görüş yerinin İmişli şəhəri və ya borclunun arayışla göstərilən, faktiki yaşayış ünvanı adlandırılan ünvan olmasına dair aydınlıq gətirməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-178/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə (icra sənədinə) müvafiq izahın verilməsini məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixdə 2(036)-178/2025 saylı qərardad qəbul etmiş və qərardadla Abşeron rayon icra şöbəsinin böyük icra məmuru X17 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-178/2025 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsini təmin etməmiş və rədd etmişdir. Bütün bu hallar yalnız onu təsdiq edir ki, Borclu məhkəmə qərarını icra etməkdən yayınır. Tələbkar İmişli rayonunun Bəcirəvan kəndində yaşadığı halda borclu isə məkanı və yeri yanıltmac xarakteri daşıyan ünvanda olduğundan heç vaxt qısa müddət ərzində olan uşaqlarla atanın ünsiyyət hüququ baş tutmayacaq və bunun üçün borclu kifayət qədər dolyası yollarla maneəçilik hərəkətləri törətməkdədir. Ən maraqlısı isə rayon icra şöbələrinin Borclu icra hərəkətlərini yerinə yetirməkdən yayınmasına qanunsuz işlərini leqallaşdırmasına kömək etməsidir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X12 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Borclu uşaqlarla atanın ünsiyyət hüququna maneələr yaradır. Belə ki, borclu İmişli rayonunda yaşadığı halda qanunsuz olaraq Abşeron rayonu, Xırdalan şəhərində yaşaması barədə arayış əldə etmiş, İmişli rayon icra və probasiya şöbəsinə ərizə təqdim etmiş, nəticədə icra məmuru tərəfindən qanunsuz və əsassız qərar qəbul edilərək icra sənədi borclunun yaşayış yeri üzrə, yəni Abşeron rayonunun icra məmuruna göndərilmişdir. Bununla da, borclu tələbkarın uşaqlarla görüşünə imkan yaratmamış, məhkəmə aktını icra etməmişdir. Tələbkar dəfələrlə borclunun yaşayış yeri olan İmişli şəhəri Nəriman ünvan 1 ünvanına getmiş, borclu evdə olmasına baxmayaraq uşaqla atanın görüşünə icazə verməmişdir. Sonda nümayəndə İmişli Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(036)-178/2025 saylı qətnaməsinin icrasının qətnamədə nəzərdə tutulduğu yəni, İmişli şəhəri Nəriman ünvan 1 ünvanında həyata keçirilməsinin borclunun üzərinə vəzifə kimi qoyulmasını ərizənin təmin edilməsini xahiş etmişdir. Borclu izahatında göstərmişdir ki, tələbkar uşaqlarla görüşmək istəmir. O, Elməddin Quluzadəni çağıran zaman uşaqlarla görüşmüşdür. Uşağın doğum günü və bayram günlərində uşaqlarla görüşməmişdir. Onun tərəfindən uşaqların ata ilə görüşünə heç bir maneə yaradılmamış və müdaxilə edilməmişdir. Həmçinin o, qətnamədə göstərilən müddətlərdən kənar vaxtlarda da, uşaqlarla atanın ünsiyyətini təşkil etmişdir. Uşaqların hər ikisi xəstədir və əməliyyat olunmalıdır. Buna baxmayaraq, ata uşaqlarla maraqlanmır. Uşaqların xətəliyi ilə bağlı müntəzəm həkim yoxlamaları olmuş, buna görə də o, yaşayış yerini dəyişmiş, Abşeron rayonu, Xırdalan şəhəri 20 Yanvar küçəsində yerləşən qohumlarının mənzilinə köçmüş və orada yaşamağa başlamışdır. Bununla bağlı ərizə ilə icra orqanına müraciət etmiş, icra sənədinin onun yaşayış yerinə göndərilməsini xahiş etmişdir. Buna görə də, qərar qəbul edilərək icra sənədi icra olunması üçün Abşeron rayonuna göndərilmişdir. Sonda borclu ərizə əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə tələbkarın nümayəndəsi və borclunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli Rayon Məhkəməsinin 2(036)-178/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən X4 yetkinlik yaşlarına çatmayan övladları xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X8 ilə qətnamə icra olunmağa başlandığı vaxtdan 3 (üç) ay müddətində cavabdeh Borclu iştirakı ilə, qeyd edilən 3 (üç) ay müddət bitdikdən sonra cavabdeh Borclu iştirakı olmadan uşaqların doğum günü olan - hər ilin iyul ayının 28 və dekabr ayının 11-də saat 14:00-dan 17:00-dək, hər həftənin bazar günləri, Qadınlar günü (martın 8-i), X15 günü (mayın 9-u), Müstəqillik günü (mayın 28-i), Azərbaycan xalqının Milli Qurtuluş günü (iyunun 15-i), Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı), Zəfər günü ( noyabrın 8-i), Dünya Azərbaycanlılarının Həmrəyliyi günü (dekabrın 31-i), Yeni il, Novruz, Ramazan və Qurban bayramlarının 2-ci günlərində saat 11:00-dan 17:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 onların yaşayış yeri üzrə İmişli şəhəri, N.ünvan 5 ünvanında onların doğum günü olan - hər ilin iyul ayının 28 və dekabr ayının 11-də saat 14:00-da, hər həftənin bazar günü, Qadınlar günü (martın 8-i), X15 günü (mayın 9- u), Müstəqillik günü (mayın 28-i), Azərbaycan xalqının Milli Qurtuluş günü (iyunun 15-i), Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı), Zəfər günü ( noyabrın 8-i), Dünya Azərbaycanlılarının Həmrəyliyi günü (dekabrın 31-i), Yeni il, Novruz, Ramazan və Qurban bayramlarının 2-ci günlərində saat 11:00-da cavabdeh Borclu tərəfindən iddiaçı X6, həmin günlər saat 17:00-da isə eyni ünvanda iddiaçı X9 tərəfindən cavabdeh Borclu təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; İmişli rayon icra və probasiya şöbəsinin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən icra haqqında Azərbaycan Respublikası qanununun 24.1.2-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 2(036)- 178/2025-012 saylı xx.xx.2025-ci il tarixli icra sənədi, icra olunması üçün Abşeron rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır; İmişli Rayon Məhkəməsinin 8(036)-107/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İmişli Rayon Məhkəməsinin 2(036)-178/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə Borclu ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. İcra haqqında Azərbaycan Respublikasının qanunu: 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir; 10.3-cü maddəsinə əsasən icra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir; 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Məhkəmə, qətnamənin icrasını müəyyən hadisənin gələcəkdə baş verməsi ilə əlaqələndirib, möhlət verərək qətnamənin müvafiq icra qaydasını müəyyən etmiş olur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. İlk olaraq məhkəmə qeyd edir ki, tələbkarın ərizəsi İmişli Rayon Məhkəməsinin 2(036)-178/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin İmişli şəhəri, N.ünvan 5 ünvanında icra edilməsi hissəsində əsassızdır. İmişli Rayon Məhkəməsinin 2(036)- 178/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin icra yeri tələbkarın ərizəsində göstərdiyi ünvanla eynilik təşkil edir. Belə ki, ünsiyyət hüququnun təmin edilməsi üçün xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X8 onların yaşayış yeri üzrə İmişli şəhəri, N.ünvan 5 ünvanında Borclu tərəfindən X2na təhvil verilməlidir. Həmçinin tələbkar ərizəsində borclunun barəsində cinayət işinin başlanılmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət işləri üzrə ibtidai istintaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Hazırkı iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və ya müvafiq prokurorluq orqanlarına borclu barəsində cinayət işinin başlanması barədə tələbkar tərəfindən yazılı və ya şifahi şəkildə müraciət oluna bilər. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbkar İmişli Rayon Məhkəməsinin 2(036)-178/2025-012 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icra olunması üçün Abşeron rayon icra şöbəsinə göndərilməsinə etiraz edir və həmin qərarın qanunsuz olduğunu hesab edir. Buna görə də, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-178/2025 saylı qətnaməsi üzrə icra sənədini icra etmək vəzifəsinin İmişli rayon icra şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, tələbkarın İmişli rayon icra və probasiya şöbəsinin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından eyni zamanda, icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət vermək hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 İmişli Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(036)-178/2025 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun hərəkətləri barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 İmişli Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(036)-178/2025 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun hərəkətləri barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.
Məhkəmə qərarları › İş №8(5-131)-70/2026
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(5-131)-70/2026
05.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver