Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(5-131)-76/2026 11.03.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair İmişli rayon İcra və probasiya şöbəsinin təqdimatına İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramil Ağasiyev təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-3806/2025- 018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan "X2" minik markalı, **-XR-*** nəqliyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-3806/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 3699,29 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 57 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə İmişli rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "X2" minik markalı, **-XR-*** nəqliyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tələbkar xx.xx.2026-cı il tarixdə elektron kabinet vaistəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə təqdimat verən icra məmuruna və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-3806/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 3699,29 manat pul və 57 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İmişli rayon İcra və probasiya şöbəsi tərəfindən icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İcra tədbirləri nəticəsində müəyyən olmuşdur ki, Borclu mülkiyyətində “X2" minik markalı, minik markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Təqdimata əlavə edilmiş xx.xx.2026-cı il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması haqqında qərardan görünür ki, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru Ramil Ağasıyev tərəfindən Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 3806/2025 saylı, 12 dekabr 2025-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “X2" minik markalı, minik markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Eyni Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İcra məmuru tərəfindən borclunun bank hesablarında pul vəsaitlərinin olubolmaması barədə sənədlər isə məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktlarına əsasən hesab edir ki, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №8(5-131)-76/2026
İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(5-131)-76/2026
11.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver