Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(5-132)-17/2026 11.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu Borclu 25 noyabr 2025-ci il tarixli 201073/2020-45-10 nömrəli “icra sənədinin qaytarılması haqqında” qərarından tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə 11 fevral 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət ərizəsi ilə müraciət edərək İsmayıllı rayon Məhkəməsi tərəfindən verilmiş 17 noyabr 2020-ci il tarixli 2(037)-763/2020 saylı icra sənədinin məhkəməyə qaytarılması barədə Borclu rəisi Aqil Məmmədov tərəfindən qəbul edilmiş 25 noyabr 2025-ci il tarixli 201073/2020-45-10 nömrəli qərarın ləğv edilərək yenidən icraya yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti icra məmuru tərəfindən icra sənədinin məhkəməyə qaytarılması barədə qəbul etdiyi qərardan qanunla müəyyən edilmiş müddəti ötürərək şikayət vermiş, şikayətinə ötürülmüş müddətin üzrlü səbəbdən buraxılmasına dair vəsatəti əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bundan başqa, şikayəti tələbkarın nümayəndəsi imzalasa da, onun bu səlahiyyətini təsdiq edən sənəd şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Qanunun tələbinə görə şikayət verilərkən etibarnamə ilə birlikdə hüquqi şəxsin nümayəndəsinin əsas iş yerinin həmin hüquqi şəxs olduğu işçinin əmək kitabçasının (onun həmin iş yerinə aid hissəsinin) hüquqi şəxsin rəhbərinin imzası və həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş surəti və yaxud həmin təşkilatda işləməsinə dair xidməti vəsiqəsi şikayətə əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunur ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: Borclu 25 noyabr 2025-ci il tarixli 201073/2020-45-10 nömrəli “icra sənədinin qaytarılması haqqında” qərarından tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(5-132)-17/2026
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(5-132)-17/2026
11.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver