Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(5-132)-26/2026 18.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Borclu, Tələbkar iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(037)-1226/2022 nömrəli icra sənədinin icrası ilə bağlı Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2(037)-1226/2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 02 dekabr 2022-ci il tarixli icra sənədi İsmayıllı rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 1226/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 24 mart 2008-ci il tarixdə doğulmuş X5, 25 mart 2008-ci il tarixdə doğulmuş X4 və 01 iyun 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Tələbkar ödənilən alimentin miqdarının artırılaraq X1 hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq X5, X4 və X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə İsmayıllı rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan JN-013F kod 40711038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə torpaq sahəsi mövcuddur. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Ona görə də icra sənədi üzrə Borclu məxsus olan JN-013F kod 40711038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə torpaq sahəsinə həbs qoyulmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Borclu izahat verərək göstərdi ki, nikahları pozulduqdan sonra o evini, təsərüfatında olan heyvanlarını Məryama və uşaqlarına vermişdir. Özünə heç nə saxlamamış, həmin evdən və həyətdən çıxıb getmişdir. Buna baxmayaraq Məryam haqsız yerə ondan aliment tələb etməkdə davam edir. Yaxın vaxtlarda uşağın 18 yaşı tamam olacağı üçün ondan əlavə mülkiyyət əldə etmək istəyir. Özü fəhlə işləyir. Yanvar ayından bu günə kimi uşaqların təhsil almalarını nəzərə alaraq 500 manata qədər aliment ödəmişdir. Mülkiyyətində olan üzərinə həbs qoyulması nəzərdə tutulan 0,48 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən evdə hazırda Məryam uşaqları ilə birlikdə yaşayırlar. Bundan başqa mülkiyyətində heç bir əmlak yoxdur. Ötən müddət ərzində də heç bir əmlak əldə etməmişdir. Aliment borcunu hissə-hissə ödəyəcəkdir. Ona görə də iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Tələbkar izahat verərək göstərdi ki, Borclu aliment borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. O, uşaqları ilə birlikdə evin ona çatan hissəsində yaşayır. İcra şöbəsində onun müraciəti əsasında araşdırma aparılmış və hazırki vəziyyətə borclunun 12800 manat aliment borcu olması müəyyən edilmişdir. Uşaqların təhsilinə xeyli vəsait tələb olunur. Uşaqların onun tərəfindən təkbaşına saxlanılması çox çətindir. Aliment borcunun ödənilməsini təmin etmək üçün tədbir görülməlidir. İş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2(037)-1226/2022 nömrəli qətnaməsinə əsasən X1 24 mart 2008-ci il tarixdə doğulmuş X5, 25 mart 2008-ci il tarixdə doğulmuş X4 və 01 iyun 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Tələbkar ödənilən alimentin miqdarının artırılaraq X1 hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq X5, X4 və X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 02 dekabr 2022-ci il tarixli icra sənədi icra olunması üçün İsmayıllı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Qətnamənin icrası ilə bağlı müəyyən icra tədbirləri həyata keçirilmiş, borcluya məxsus tələbin yönəldilə biləcəyi pul vəsaiti, digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu adına bir nəfər ailə üzvü ilə birlikdə mülkiyyətlərində 0,48 hektar həyətyanı torpaq sahəsinin (JN-013F Kod ********) olması müəyyən edilmişdir. İcra məmuru həmin torpaq sahəsinin üzərinə həbs qoyulumasına dair təqdimatın təmin edilməsini xahiş edir. Tələbkar və borclu ayrı-ayrılıqda iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edirlər. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Həmin Qanunun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Həmin Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci hissəsinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin 8(037)-59/2022 nömrəli 31 oktyabr 2022-ci il tarixli qərardadından görünür ki, məhkəmənin 06 may 2021-ci il tarixli 2(037)-370 nömrəli icra sənədinin icrası ilə bağlı Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon icra və probasiya şöbəsinin təqdimatı təmin edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, aparılan torpaq islahatı əsasında Borclu ailə başçısı olmaqla X3 ilə birgə mülkiyyətlərinə 0,48 hektar torpaq sahəsi verilmişdir. Bundan başqa borclunun adına digər əmlaklar yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarında borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmədiyi göstərilmişdir. Borclunun mülkiyyətində olan 0,48 hektar həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinə aiddir. Eyni zamanda borcunun mülkiyyətində olan həmin torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair icra şöbəsi tərfindən verilmiş təqdimat məhkəmənin 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Ötən müddət ərzində borclunun adına həmin torpaq sahəsindən başqa əlavə torpaq sahəsi qeydə alınmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin lakın üzərinə həbs qoyulmasına dair təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İsmayıllı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(037)-1226/2022 nömrəli icra sənədinin icrası ilə bağlı Borclu adına bir nəfər ailə üzvü ilə birlikdə mülkiyyətlərində olan 0,48 hektar həyətyanı torpaq sahəsinin (JN-013F Kod ********) üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon icra və probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar hüseynov
Məhkəmə qərarları › İş №8(5-132)-26/2026
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(5-132)-26/2026
18.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver