Məhkəmə qərarları › İş №8(5-132)-3/2026

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(5-132)-3/2026

13.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(5-132)-3/2026 13.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Borclu iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin 8(037)-102 nömrəli 05 sentyabr 2024-cü il tarixli qərardadı ilə Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair İsmayıllı Rayon İcra və probasiya şöbəsindən daxil olmuş təqdimata İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İsmayıllı Rayon Məhkəməsinin 8(037)-102 nömrəli 05 sentyabr 2024-cü il tarixli qərardadına əsasən Borclu adına qeydə alınmış buraxılış ili 1999, rəngi tünd göy metallik,mühərrik həcmi 2171, ban tipi universal olan “OPEL SİNTRA” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İsmayıllı Rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla müraciət edərək Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)- 236/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu 401,96 manat tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “OPEL SİNTRA” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borcun ödənilməsi tam şəkildə təmin olunmuşdur. Ona görə də Borclu məxsus “OPEL SİNTRA” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş edir. Borclu izahat verərək göstərdi ki, 400 manat borcu olmuşdur və həmin borcu tam şəkildə ödəmişdir. Ona məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş edir. İcra məmuru və tələbkar təqdimata baxılması üzrə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb qərara gəlir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-236/2024 saylı, 19 mart 2024-cü il tarixli icra sənədinə əsasən Borclu su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 401,96 manat borc məbləğinin tutularaq **********000 saylı abonent koduna ödənilməsi qət olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə İsmayıllı Rayon Məhkəməsinin 8(037)-102 saylı, 05 sentyabr 2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “OPEL SİNTRA” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu tərəfindən icra sənədinin icrası təmin edildiyindən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 13 yanvar 2026-cı il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi təqdimatla müraciət edərək Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatın təmin olunmasını xahiş edir. Borclu da borc məbləğini tam şəkildə ödədiyindən avtomobilinin üzərindən həbsin götürülməsinə dair təqdimatın təmin olunmasını xahiş edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Borclu məxsus “OPEL SİNTRA” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs məhkəmə qərardadı ilə qoyulduğundan, icra sənədi üzrə icraata xitam verildiyindən və borcluya məxsus avtomobilin üzərində həbsin saxlanılmasına zərurət qalmadığından təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Təqdimat təmin edilsin. Borclu məxsus “OPEL SİNTRA” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar