Məhkəmə qərarları › İş №8(5-132)-33/2026

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(5-132)-33/2026

24.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(5-132)-33/2026 24.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı X1 “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə tələbinə dair ərizəsini 24 fevral 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi. İddia tələbi X2 ərizə ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonun İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-498/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilərək övladı 16 iyun 2017-ci il təvəllüdlü X3 ilə ünsiyyət vaxtının dəyişdirilərək hər həftənin şənbə günləri saat 11:00-dan həmin gün gecəni də onun yanında qalmaqla, həmin həftənin bazar günü saat 21:00-a dək, habelə qeyri-iş günəri hesab edilən bayram günlərində ən az bir gün saat 11:00-dan, həmin gün gecəni yanında qalmaqla, həmin həftənin bazar günü saat 21:00-a dək ünsiyyətda olmağı üçün müddət – hər həftənin şənbə günləri saat 11:00-dan gecə qalmaqla, həmin həftənin bazar günü saat 21:00-dək, habelə qeyri-iş günləri hesab edilən bayram günləri saat 11:00-dan 21:00-dək, oğlum 10 yanvar 2023-cü il təvəllüdlü X4 ilə ünsiyyət vaxtının dəyişdirilərək həftənin bazar günləri, habelə qeyri-iş günəri hesab edilən bayram günləri saat 11:00-dan 21:00-dək, müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 149.2. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Maddə 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmununa riayət edilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə bir surətdən ibarət formada tərtib olunmuş, ərizənin giriş hissəsində ərizəçi və borclunun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı göstərilməmişdir. Eyni zamanda Xeyrulla Haqverdiyev ərizəsinin qoşma hissəsində iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, uşaqla ünasiyyət qaydasının müəyyən edilməsinə dair e-2(037)-498/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin surətini əlavə etdiyini qeyd etsə də, iddia ərizəsinə qeyd edilən sənədləri əlavə etməmişdir. Bundan başqa qeyd edilən ərizə müstəqil tələb kimi verilməli olduğu halda e-2(037)-498/2025 saylı mülki işin içində “Digər sənədlərə” əlavə edilməklə verilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: X1 “qətnamənin icra üsulunun dəyişdirilməsi”nə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elekton məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar