Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(5-132)-36/2026 05.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimiQoşqarova Nərmin Rabit qızı, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 05 mart 2026-cı il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqdimatın məzmunu Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-557474/2025-025 nömrəli icra sənədinə əsasən Borclu 8370.01 manat,geri qaytarmadığı taxta altlığa görə 708 manat,415 manat cərimə məbləği olmaqla, ümumilikdə 9493.10 manat pul vəsaiti və 114.93 manat ödənilmiş dövlət rüsumunun tutularaq tələbkar “Holcim (Azərbaycan)” ASCnin xeyrinə ödənilməlidir. İcra sənədi icra edilməsi üçün İsmayıllı rayon icra və probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev təqdimatla məhkəməyə müraciət edərək icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimatın məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, aşağıdaki göstərilın səbəblərdən İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra – “MPM”) Məcəllənin 24.2-ci maddəsinə müvafiq olaraq mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən,kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır.Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Bu normanın qarşılıqlı təhlilindən belə müəyyən edilir ki, məhkəmə nəinki qərar qəbul etməklə kifayətlənmir, həmçinin həmin qərarın icrasına da nəzarət funksiyasını da həyata keçirir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına müvafiq olaraq Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılması qeyd edilməklə, hansı məhkəmənin bu məsələlərə baxması konkret göstərilməsə də, bu cümlə özündən əvvəl gələn cümlənin məntiqi davamı kimi qəbul edilməli, “icra məmurunun olduğu yer üzrə məhkəmə” dedikdə, icra sənədini vermiş və ya icra məmurunun olduğu yer üzrə ümumi və ya kommersiya məhkəməsi başa düşülməlidir. Məhz bu baxımdan, yuxarıda göstərilən normaların qarşılıqlı təhlilininə əsasən məhkəmə qeyd edir ki, məhkəmələr təkcə qərar qəbul etməklə kifayətlənmir, eyni zamanda həmin qərarın icrasına da nəzarəti həyata keçrirlər. Bu səbəbdən, icra sənədi hansı məhkəmə (ümumi və ya kommersiya məhkəmələri) tərəfindən verilmişdirsə, həmin icra sənədi ilə bağlı icra məmurunun təqdimatına da işin davamı kimi həmin məhkəmə tərəfindən baxılmasıməqsədəmüvafiqdir. Qeyd edilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, İsmayıllı rayon icra və probasiya Şöbəsi tərəfindən daxil olmuş təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və işə mahiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: BorcluNadiəli oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №8(5-132)-36/2026
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(5-132)-36/2026
05.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver