Məhkəmə qərarları › İş №8(5-132)-5/2026

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(5-132)-5/2026

19.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(5-132)-5/2026 19.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi Tələbkar Cavabdeh1 icra məmuru Cavabdeh2 qanunsuz hərəkətlərindən daxil olmuş şikayət ərizəsinə 19 yanvar 2026-cı il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və icra məmuru Cavabdeh2 İsmayıllı rayonu,Tircan kəndində mülkiyyətdə olan 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.metr ümumi sahədən ibarət qeyriyaşayış binası,İsmayıllı rayonu,Tircan kəndində mülkiyyətdə olan 19282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu,Tircan kəndində mülkiyyətdə olan 0.2414 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.590.5 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu,Tircan kəndində mülkiyyətdə olan 0.077 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası və İsmayıllı rayonu,Tircan kəndində mülkiyyətdə olan 0.1694 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764.8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının hərraca çıxarılması barədə hərəkətlərin qanunsuz hesab edilməsi, #**********11204097, #**********44758017, #**********05977088, #**********92893953, #**********86604288 nömrəli hərracların qanunsuz hesab edilməsi, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1.9282 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının İsmayıllı rayonu,Tircan kəndində mülkiyyətdə olan 0.2414 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.590.5 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının, İsmayıllı rayonu,Tircan kəndində mülkiyyətdə olan 0.077 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.764.8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının hərracdan çıxarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nuridə X1rşı İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 19282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu,Tircan kəndində mülkiyyətdə olan 0.2414 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.590.5 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764.8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına dair 1/14 hissədə mülkiyyət hüququnun tanınmasına dair iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş, e-2(037)-1650/2025 saylı mülki işə məhkəmədə baxılmaqdadır.Bu iddia tələbi ilə yanaşı Tələbkar müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan əmlakların özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsini xahiş etmişdir. Məhkəmənin e-16(037)-29/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və əmlakların özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan qadağan edilmişdir. Sözügedən əmlaklarla əlaqədar məhkəmə mübahisəsinin olması, həmçinin həmin əmlakların üzərində həbs olmasına baxmayaraq Cavabdeh1 tərəfindən həmin əmlaklar htpps://herrac.gov.az saytı üzərindən hərraca çıxarılmışdır. Bu məsələ ilə əlaqədar Cavabdeh1 ilə əlaqə saxlanılmış, icra şöbəsi tərəfindən icra məmuru Cavabdeh2 tərəfindən hərraca çıxarıldığı bildirilmişdir. Bu isə hüquqlarını kobud şəkildə pozmaqla məhkəmə qərarının icrasının məcburiliyinin pozulmasıdır. Barəsində məhkəmə mübahisəsi olan, özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmiş əmlaklar hərraca çıxarıla bilməz və çıxarılması da qanunsuzdur. xx.xx.2025-ci il tarixində bu əmlaklarla əlaqədar məhkəmə mübahisəsinin olduğu, əmlakların özgəninkiləşdirilməsinin qadağan edildiyi və buna görə də əmlakların bir gün müddətində hərracdan çıxarılmasına dair ərizə icra şöbəsinə və icra məmuru Cavabdeh2 ünvanlanmışdır. Lakin icra şöbəsi və icra məmuru Cavabdeh2 əmlakların hərracdan çıxarılmasını təmin etməmişdir. Məhz bu əmlaklarla əlaqədar məhkəmə mübahisəsinin olduğunu nəzərə alsaq, bu məhkəmə mübahisəsi başa çatmadan əmlakların özgəninkiləşdirilməsi faktiki olaraq e-2(037)-1650/2025 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının icrasını heçə endirəcəkdir. Əmlakların üzərində həbs olaola bu əmlakların hərraca çıxarılması məhkəmə qərarının məcburiliyinin pozulması olmaqla, Konstitusiyanın 129-cu maddəsinin tələblərinin pozulmasıdır. Konstitusiyanın tələblərindən də göründüyü kimi, məhkəmə qərarı dövlətin adından çıxarılır və icra olunmaması məsuliyyətə səbəb olur.Məhz məhkəmənin e-16(037)-29/2025 saylı, xx.xx.2025-ci il tarixli qarardadını faktiki olaraq icra şöbəsi və icra məmuru Cavabdeh2 heçə sayaraq əmlakları hərraca çıxarır. Məhz bu da ciddi hüquq pozuntusudur. Bu səbəbdən də Cavabdeh1 və icra məmuru Cavabdeh2 İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 19282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.2414 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.590.5 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.077 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764.8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının hərraca çıxarılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi, #**********11204097, #**********44758017, #**********05977088, #**********92893953, #**********8664288 nömrəli hərracların qanunsuz hesab edilməsi, İsmayıllı rayonu,Tircan kəndində mülkiyyətdə olan 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu,Tircan kəndində mülkiyyətdə olan 1.9282 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631.2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu,Tircan kəndində mülkiyyətdə olan 0.2414 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.590.5 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu,Tircan kəndində mülkiyyətdə olan 0.077 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255.4 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0.1694 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1.764.8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının hərracdan çıxarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmalıdır. Şikayətə baxılması üçün təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi Tələbkar və hərəkətlərindən şikayət verilən Cavabdeh1 icra məmuru Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(037)-29/2025 saylı qanuni qüvvəyə minmiş qərardadından görünür ki, İsmayıllı rayonu Tircan kəndində mülkiyyətdə olan 0,084 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası,İsmayıllı rayonu Tircan kəndində mülkiyyətdə olan 1,9282 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631,2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu Tircan kəndində mülkiyyətdə olan 0,2414 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1590,5 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası,İsmayıllı rayonu Tircan kəndində mülkiyyətdə olan 0,077 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255,4 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası,İsmayıllı rayonu Tircan kəndində mülkiyyətdə olan 0,1694 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764,8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi xx.xx.2025-ci il tarixədək cavabdeh X4 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-31/2023-125 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2019-cu il tarixli, **********35518 nömrəli kredit müqaviləsi üzrə 383483,04 manat əsas,4817.18 manat faiz,xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 47722,33 manat əldən çıxmış fayda,19000 manat məbləğində dəbbə pulu, cəmi 455022,55 manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 650 manat məbləğində pul vəsaitinin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına tələbkar ASC “Xalq” Bankına ödənilməsi,xx.xx.2019-cu il tarixli,**********50019 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 44230.47 manat faiz, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 435555,56 manat məbləğində əldən çıxmış fayda,170000 manat məbləğində dəbbə pulu,cəmi 4149786,03 manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 810 manat məbləğində pul vəsaiti tutularaq tələbkar ASC “Xalq” Bankına ödənilməsi və satışdan artıq qalan məbləğlərin isə müvafiq olaraq ipoteka qoyanlara qaytarılması, tələb ipoteka ilə yüklü edilmiş X4 məxsus İsmayıllı rayonu,Tircan kəndində yerləşən 1.9282 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631,2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, əmlakın ilkin satış qiyməti ******* manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixli, №xx-xx/2025 saylı icra sənədinin icrası ilə bağlı borclunun əmlaklarının elektron hərracda satılması ilə bağlı sifarişlərdən görünür ki, Cavabdeh1 icra məmuru Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-31/2023-125 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən mübahisəli əmlaklar X3 ASC “Xalq” Bankı qarşısında olan öhdəliklərinin icrası məqsədi ilə X2 əsasən hərraca çıxarılması üçün hərrac mərkəzinə sifarişlər göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 7.1-ci maddəsinə əsasən, icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 9.1-ci maddəsinə əsasən, icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 29.1 Tərəflər icraat materialları ila tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək,icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə,dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(037)-29/2025 saylı qanuni qüvvəyə minmiş qərardadı ilə İsmayıllı rayonu Tircan kəndində mülkiyyətdə olan 0,084 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu Tircan kəndində mülkiyyətdə olan 1,9282 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631,2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu Tircan kəndində mülkiyyətdə olan 0,2414 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1590,5 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu Tircan kəndində mülkiyyətdə olan 0,077 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255,4 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, İsmayıllı rayonu Tircan kəndində mülkiyyətdə olan 0,1694 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764,8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi xx.xx.2025-ci il tarixədək cavabdeh X4 və üçüncü şəxslərə qadağan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-31/2023-125 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi ilə xx.xx.2019-cu il tarixli, **********35518 nömrəli kredit müqaviləsi üzrə 383483,04 manat əsas, 4817.18 manat faiz, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 47722,33 manat əldən çıxmış fayda,19000 manat dəbbə pulu, cəmi 455022,55 manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 650 manat məbləğində pul vəsaitinin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına tələbkar ASC “Xalq” Bankına ödənilməsi, xx.xx.2019-cu il tarixli, **********50019 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 44230.47 manat faiz, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 435555,56 manat əldən çıxmış fayda,170000 manat dəbbə pulu, cəmi 4149786,03 manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 810 manat məbləğində pul vəsaiti tutularaq tələbkar ASC “Xalq” Bankına ödənilməsi və satışdan artıq qalan məbləğlərin isə müvafiq olaraq ipoteka qoyanlara qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş Məryəm Həsənovaya məxsus İsmayıllı rayonu,Tircan kəndində yerləşən 1.9282 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631,2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi,əmlakın ilkin satış qiyməti ******* manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixli, № xx-xx/2025 saylı icra sənədinin icrası ilə bağlı borclunun əmlaklarının elektron hərracda satılması ilə bağlı sifarişlərdə Cavabdeh1 icra məmuru Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-31/2023-125 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən mübahisəli əmlaklar X3 ASC “Xalq” Bankı qarşısında olan öhdəliklərinin icrası məqsədi ilə X2 əsasən hərraca çıxarılması üçün hərrac mərkəzinə sifarişlər göndərilmişdir. Məhkəmə o halı da xüsusilə vurğulayır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-16(037)-29/2025 saylı qərardadı ilə mübahisəli əmlakların üzərinə həbs qoyulmasından öncə Cavabdeh1 icra məmuru Cavabdeh2 tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, №xx-xx/2025 saylı icra sənədi əsasında borclunun əmlaklarının elektron hərracda satılması üçün sifarişlər əsasında xx.xx.2025-ci il tarixdə mübahisəli əmlakların X3 ASC “Xalq” Bankı qarşısında olan öhdəliklərinin icrası məqsədi ilə X2 əsasən hərraca çıxarılması üçün hərrac mərkəzinə sifarişlər göndərilmişdir. Eyni zamanda Cavabdeh1 icra məmuru Cavabdeh2 mübahisəli əmlakların müvafiq icra sənədi əsasında hərraca çıxarılması barədə hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır. Bu hərəkətlər qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməsindən ötrü verilmiş icra vərəqəsi əsasında “İcra haqqında” qanunun tələbləri əsasında aparılmışdır və şikayət ərizəsində göstərilən xüsusatlar hərəkətlərin qanunsuz hesab edilməsi üçün əsas təşkil edə bilməz. Eyni zamanda hərəkətlərindən şikayət verilmiş Cavabdeh1 icra məmuru Cavabdeh2 hərəkətlərində hər hansı qanunsuz hallara yol verilməsi aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, ərizəçi Tələbkar Cavabdeh1 icra məmuru Cavabdeh2 qanunsuz hərəkətlərindən daxil olmuş şikayət ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264,268,269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Tələbkar Cavabdeh1 icra məmuru Cavabdeh2 qanunsuz hərəkətlərindən daxil olmuş şikayət ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar