Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(5-132)-8/2026 28.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 28 yanvar 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-1048/2025-014 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə Borclu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2317.75 manat ödənilməmiş hissə, 231.78 manat cərimə borcu, 45.50 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 2595.03 manat məbləği alınaraq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus olan “KİA AMANTİ” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)- 1048/2025-014 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə Borclu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2317.75 manat ödənilməmiş hissə, 231.78 manat cərimə borcu, 45.50 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 2595.03 manat məbləği alınaraq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə şöbəyə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən borclunun mülkiyyətində “KİA AMANTİ” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq icra sənədi üzrə Borclu məxsus olan “KİA AMANTİ” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev, tələbkar "xxxx" MMC-nin nümayəndəsi və Borclu təqdimata baxılması üçün təyin olunmuş məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-1048/2025-014 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə Borclu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2317.75 manat ödənilməmiş hissə, 231.78 manat cərimə borcu, 45.50 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 2595.03 manat məbləği alınaraq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə şöbəyə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən borclunun mülkiyyətində “KİA AMANTİ” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. İcra məmuru təqdimat verərək həmin avtomaşının üzərinə həbs qoyulmasını xahiş edir. Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 44.1 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən könüllü icra üçün borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə müvafiq olaraq borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından,götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nəğd yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Məhkəmə qərara gəlir ki, təqdimat təmin edilərək icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu məxsus olan “KİA AMANTİ” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Borclu məxsus olan “KİA AMANTİ” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №8(5-132)-8/2026
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(5-132)-8/2026
28.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver