Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(5-133)-16/2026 10.03.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, Ərizəçi Tələbkar “Kəlbəcər Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(040)-106/2023 saylı qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair” ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri məhkəmə binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Ərizəçi Tələbkar ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-106/2023 saylı 30 oktyabr 2023-cü il tarixli (əslində 30 yanvar 2023-cü il tarixli) məhkəmə qərarı ilə müəyyən edilmiş 159 AZN (yüz əlli doqquz manat) məbləğin indeksləşdirilərək 2023-cü ilin oktyabr ayından 2026-cı ilin yanvar ayınadək 112,40 faiz artımı (159 manat x 112,40 faiz =178,72 manat) nəzərə alaraq, cəmi 337,72 AZN (üç yüz otuz yeddi manat-72 qəpik) məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar 10 mart 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, indeksasiya ilə bağlı ərizəsinə münasibət bildirilmədən (baxılmadan) geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin hazırki ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Mülki prosessual qanunvericilikdə mülki məhkəmə aktlarının icrası qaydası çərçivəsində olan bu cür ərizələrin geri qaytarılması əsasları ayrıca qeyd olunmasa da, hesab edirəm ki, bu halda qanunun analogiyası tətbiq olunmalıdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-ci maddəsindən görünür ki, bu cür hallarda qanunun analogiyası tətbiq edilməli və məsələ Mülki Prosessual Məcəllənin 12-ci fəslində göstərilən qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Mülki Prosessual Məcəlləsi maddə 152.4). Məhkəmə hesab edir ki, ərizəçi Tələbkar ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər geri qaytarılmasını xahiş etdiyindən ərizəçi Tələbkar “Kəlbəcər Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(040)-106/2023 saylı qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair” ərizəsi və ərizəyə əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi Tələbkar “Kəlbəcər Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(040)- 106/2023 saylı qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(5-133)-16/2026
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(5-133)-16/2026
10.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver