Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 8(5-133)-6/2026 03.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, Ərizəçi Tələbkar “uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra işi üzrə Tələbkar ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 18 avqust 2011-ci ildə doğulmuş X2 və 06 dekabr 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulan sabit pul məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir (Ərizə 23 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur). Ərizə onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 24 iyun 2021ci il tarixli (əslində 24 iyun 2024-cü il tarixli-hakimin qeydi) 2(040)-619/2024 saylı qətnaməsinə əsasən, 18 avqust 2011-cı ildə doğulmuş X2 və 06 dekabr 2014-cü ildə doğulmuş X1 ötrü hər ay bir uşaq üçün 150 (yüz əlli) manat, iki uşaq üçün 300 (üç yüz) manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləğinin miqdarı uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Ərizəsinə əlavə etdiyi uşağın doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, artıq o, orta məktəbdə oxuyur. Onların müəyyən problemləri var ki, o, tək onları ödəyə bilmir. Bundan başqa, Respublikada infliyasiya-pulun qiymətdən düşməsi və bazar qiymətləri hər gün artır. Buna görə də o, hər ay tutulan sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində indeksasiya olunması barədə ərizəsi ilə məhkəməyə müraciət etməli olur. İş üzrə məhkəmə iclası 03 fevral 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlərdən görünür ki: -Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 20 avqust 2011-ci il tarixdə verilmiş AZ-İİ № 687388 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 18 avqust 2011-ci ildə Azərbaycan Respublikasının Naftalan şəhərində doğulmuşdur, atası- Borclu, anası- Tələbkardır -Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 dekabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ № 441090 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 06 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuşdur, atası- Borclu, anası- Tələbkardır -Kəlbəcər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(040)-619/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “aliment tələbinə dair” iddiasının təmin edilməsi, 18 avqust 2011-ci ildə doğulmuş X4 və 06 dekabr 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, 29 aprel 2024-cü il tarixdən hesablanmaqla, cavabdeh Borclu hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aylıq alimentin iddiaçı Tələbkar xeyrinə tutulması, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Tətbiq edilməli olan normativ sənədlər: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. -232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci bəndindən görünür ki, ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının: -“8.4-1-ci bəndində qeyd edilir ki: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2-ci bəndində qeyd edilir ki: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Məhkəmə hesab edir ki, ərizəçi (tələbkar) Tələbkar ərizəsi əsaslı olduğundan təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(040)-619/2024 saylı qətnaməsi ilə 18 avqust 2011-ci ildə doğulmuş X4 və 06 dekabr 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 150 (yüz əlli) manat sabit pul məbləğində aylıq alimentin miqdarı bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,43 (sıfır tam yüzdə qırx üç) misli həddində indeksasiya edilməlidir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(040)- 619/2024 saylı qətnaməsinin qəbul edildiyi tarixdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləği 345 (üç yüz qırx beş) manat olmuş, hazırda ölkə üzrə minimum aylıq əməkhaqqı məbləği 400 (dörd yüz) manat təşkil edir. Deməli, Kəlbəcər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(040)-619/2024 saylı qətnaməsi ilə təyin edilmiş aylıq aliment məbləğini göstərən rəqəm 2024-cü ildə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğini əks etdirən rəqəmə bölünməli və alınan rəqəm hazırki indeksasiya məqsədi üçün əsas götürülməlidir (150:345=0,43). Belə olan halda Kəlbəcər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(040)-619/2024 saylı qətnaməsi ilə 18 avqust 2011-ci ildə doğulmuş X4 və 06 dekabr 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə hər ay hər uşağa görə ödənilməli olan aylıq 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin miqdarı bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,43 (sıfır tam yüzdə qırx üç) misli həddində müəyyən edilməlidir (Bu halda ölkə üzrə minimum aylıq əməkhaqqının 400 manat olduğu 2025-ci ildə hesablanacaq aylıq alimentin miqdarı bir uşağa görə 172 (yüz yetmiş iki) manat məbləğdə hesablanacaqdır; gələcək artımlar nəzərə alınacaqdır). Qərardad qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün müvafiq icra qurumuna göndərilməlidir. Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edisin. Kəlbəcər Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(040)-619/2024 saylı qətnaməsi ilə 18 avqust 2011-ci ildə doğulmuş X4 və 06 dekabr 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 150 (yüz əlli) manat sabit pul məbləğində aylıq alimentin miqdarı bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,43 (sıfır tam yüzdə qırx üç) misli həddində indeksasiya edilsin. 18 avqust 2011-ci ildə doğulmuş X4 və 06 dekabr 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, maraqlı şəxs- 2(040)- 619/2024 saylı qətnamə üzrə cavabdeh Borclu ərizəçi- 2(040)-619/2024 saylı qətnamə üzrə iddiaçı Tələbkar xeyrinə hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,43 (sıfır tam yüzdə qırx üç) misli həddində sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,86 (sıfır tam yüzdə səksən altı) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə (elektron formada) Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №8(5-133)-6/2026
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №8(5-133)-6/2026
03.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver