Məhkəmə qərarları › İş №8(5-134)-26/2026

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(5-134)-26/2026

18.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(5-134)-26/2026 18.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Nəsirova Aydan Fərhad qızının katibliyi ilə, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kərim Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2035/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2035/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu hər ay hər uşağa sabit pul məbləğində 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat aliment tutularaq X3 ödənilməsi və Borclu ödəniləcək illik aliment həcminə görə 81,20 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə icra olunmamış və borclunun 1368 manat borcu yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. Təqdimata baxılmasının yeri və vaxtı barədə Borclu, tələbkar Əliyeva (Abdullayeva) İlahə Nəbi qızına və Kürdəmir rayon icra və probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2035/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu hər ay hər uşağa sabit pul məbləğində 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat aliment tutularaq X3 ödənilməsi və Borclu ödəniləcək illik aliment həcminə görə 81,20 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. - İcraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2035/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; - Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Borclu barəsində axtarış elan edilmişdir. - İş materiallarına əlavə edilmiş Əliyeva (Abdullayeva) İlahə Nəbi qızının Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2026-cı il tarixli ərizəsində Borclu 2025-ci ilin may ayından Moskvada olduğunu və rus nömrəsiylə zəng vuraraq onları təhqir etdiyini və alimenti ödəməyəcəyini dediyini bildirmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. 9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Hazırki iş üzrə də, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2035/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin Borclu tərəfindən üzürlü səbəb olmadan icra etmədiyi, icra sənədlərinin icrası ilə bağlı görülmüş icra tədbirlərinin isə heç bir nəticə vermədiyi işdə olan sənədlərlə təsdiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2035/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1993-cü il təvəllüdlü, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar