Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(5-134)-28/2026 17.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi ilə, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1844/2024 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Məhərrəm Şirnalıyevin təqdimatına Kürdəmir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1844/2024 saylı icra vərəqəsinə əsasən iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən, reyestrdə 3M-1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinə əsasən ödənilməmiş 120 000 (bir yüz iyirmi min) manat borc və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 410 (dörd yüz on) manat olmaqla, cəmi 120410 (bir yüz iyirmi min dörd yüz on) manat məbləğində pulun cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Məhərrəm Şirnalıyev təqdimatla məhkəməyə müraciət edərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1844/2024 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başlanmış icra sənədi üzrə iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən, reyestrdə 3M-1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinə əsasən ödənilməmiş 120 000 (bir yüz iyirmi min) manat borc və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 410 (dörd yüz on) manat olmaqla, cəmi 120410 (bir yüz iyirmi min dörd yüz on) manat məbləğində pul cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Kürdəmir rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır və borclunun hal-hazırda borcu 119500 manat təşkil edir. Borcluya könüllü müəyyən olunmuş vaxtda borcun ödənilməsi üçün bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmişdir. Belə olan icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. İcra sənədi üzrə tələbkar, borclu və təqdimatı verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkar, borclu və təqdimatı verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata tələbkar, borclu və təqdimatı verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borcun məbləğini, digər icra tədbirlərinin nəticə vermədiyini və görülən icra tədbirinin borc məbləğinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №8(5-134)-28/2026
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(5-134)-28/2026
17.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver