Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(5-134)-45/2026 10.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Nəsirova Aydan Fərhad qızının katibliyi ilə, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kərim Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-702/2025-028 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-702/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 7000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat pul tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədi icra olunmamış və borclunun hal-hazırda borcu 12025 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. Təqdimata baxılmasının yeri və vaxtı barədə Borclu, Tələbkar və Kürdəmir rayon icra və probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir Rayon Məhkəməsinin 2(041)-702/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 7000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat pul tutularaq iddiaçı Tələbkar ödənilməsi müəyyən edilmişdir. - İcraata başlama haqqında xx.xx.2026-cı il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-702/2025-028 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir; Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. 9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Hazırki iş üzrə də, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-702/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin Borclu tərəfindən üzürlü səbəb olmadan icra etmədiyi, icra sənədinin icrası ilə bağlı görülmüş icra tədbirlərinin isə heç bir nəticə vermədiyi işdə olan sənədlərlə təsdiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-702/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1961-ci il təvəllüdlü, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №8(5-134)-45/2026
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(5-134)-45/2026
10.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver