Məhkəmə qərarları › İş №8(5-134)-5/2026

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №8(5-134)-5/2026

15.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 8(5-134)-5/2026 15.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, X1 iştirakı ilə, İcra sənədi üzrə X1 aliment məbləğinin indeksasiyası barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1035/2023 saylı qətnaməsi ilə iddiaçı X2 iddiası qismən təmin edilmiş, tərəflərin faktiki nikahlarından xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 150 (yüz əlli) manat miqdarında alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə tələbkar X5 ərizə ilə məhkəməyə müraciət edərək, faktiki nikahlarından xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1035/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahat verərək bildirdi ki, cavabdehlə faktiki nikahlarından bir uşaqları doğulmuş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1035/2023 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş və uşağın saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləği ilə bir uşağa görə 150 (yüz əlli) manat miqdarında aliment tutulması qət edilmişdir. Alimentin indeksasiya edilməsi ilə bağlı vermiş olduğu ərizəsinin təmin edilməsini xahiş edir. Borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər və əlavələr edilmişdir. Qərarın 8.4-1-ci bəndinə və Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qərarın 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2023-cü il üçün minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1035/2023 saylı qətnaməsi ilə aliment bir uşağa görə sabit pul məbləğində 150 (yüz əlli) manat müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Qərarın 8.4-1-ci bəndinə əsasən 150 manat həmin il üzrə minimum əmək haqqı məbləğinin təqribən 0,43 mislini təşkil edir. Beləliklə, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh X2 xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində tutulması qərardad qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 232, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1035/2023 saylı qətnaməsi ilə xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh X2 xeyrinə sabit pul məbləğində tutulan 150 (yüz əlli) manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunsun. Alimentin minimum əmək haqqına uyğun indeksasiya olunaraq tutulması bu qərardad qanuni qüvvəsini aldıqdan sonra tətbiq edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar