Məhkəmə qərarları › İş №8(5-135)-13/2026

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(5-135)-13/2026

09.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(5-135)-13/2026 09.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Qax Rayon İcra Şöbəsinin böyük icra məmuru Yaşar Mahayevin iştirakı ilə Qax Rayon İcra Şöbəsinin böyük icra məmuru Yaşar Mahayevin Borclu adına paylı mülkiyyətində olan Qax rayonu, Qaxingiloy kəndində yerləşən torpaq sahələrinin üzərindən həbsin götürülməsi barədə təqdimatına Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qax Rayon İcra Şöbəsinin böyük icra məmuru Yaşar Mahayev Borclu adına paylı mülkiyyətində olan Qax rayonu, Qaxingiloy kəndində JN-133A№li torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0.14ha torpaq sahəsindəki 1/6 payı payın hərracı qalibi olan X1 adına həmin payın rəsmiləşdirilməsi üçün Qax Rayon Məhkəməsinin 8(024)-37/2024№li, 29 fevral 2024-cü il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Qax Rayon İcra Şöbəsinin icra məmuru Yaşar Mahayev təqdimatı onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)504/2023 №li, 15 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1.740 manat maddi ziyan və 104.40 manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi 01 noyabr 2023-cü il tarixdə Qax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəfimizdən «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən «İcraata başlamaq» haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. Borclu tərəfindən icra sənədi üzrə 1.740 manat borcun 104.4 manat dövlət rüsumu tərəfindən könüllü olaraq, qanunla müəyyən edilmiş müddətdə icra edilmədiyindən, icra vərəqəsinin icrasını məcburi təmin edilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti və gəlirləri araşdırılmış, nəticədə Borclu adına paylı mülkiyyətdə (6 nəfər ailə üzvü olmaqla) Qax rayonu, Qaxingiloy kəndində JN-133A saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0.14 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)504/2023 №li, 15 sentyabr 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar həmin torpaq sahəsinə dair texniki sənədlərin əldə edilməsi təmin edildikdən sonra, məhkəmə qərarı üzrə ödənilməli məbləğin tam şəkildə ödənilməsinin təmini məqsədi ilə əmlakın üzərinə həbsin qoyulması barədə təqdimat 19 fevral 2024-cü il tarixdə baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmiş və Qax Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(024)37/2024 №li qərardadına əsasən təqdimat təmin edilmiş, Borclu adına paylı mülkiyyətdə (6 nəfər ailə üzvü olmaqla) Qax rayonu, Qaxingiloy kəndində JN-133A saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0.14 ha torpaq sahəsindəki payının üzərinə həbs qoyulmuşdur. Qax Rayon Məhkəməsinin 8(024)37/2024 №li, 29 fevral 2024-cü il tarixli qərardadı icra edilməsi üçün 28 mart 2024-cü il tarixdə icraata daxil olmuş, həbslə bağlı müvafiq müvafiq qeydlərin aparılması üçün müraciət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi idarəsinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Qax rayon İcra və probasiya şöbəsinə 17 may 2024-cü il tarixdə daxil olmuş 10 may 2024-cü il tarixli 3-21-3- 39/2-2022/2024 №li daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə məktubunda Borclu kod-40309005, JN-133A №li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən Qax rayonu, Qaxbaş kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsindəki payının üzərinə həbs qoyulduğu bildirilmişdir. Tərəfimizdən qeyd olunan əmlakın qiymətləndirilməsinin təmin edilməsi üçün «Qiymətləndiricinin dəvət edilməsi haqqında» qərar qəbul edilərək göndərilmiş, "xxxx" MMC-in 16 avqust 2024-cü il tarixli, 0194/24 №li rəyinə əsasən Borclu 6 nəfər ailə üzvü ilə birgə paylı mülkiyyətdə olan Qax rayonu, Qaxingiloy kəndində yerləşən 0.14 ha torpaq sahəsindəki 1/6 payının bazar dəyəri 6.990 manat məbləğində müəyyən edilmişdir. Növbəti dövürdə Borclu 6 nəfər ailə üzvü ilə birgə paylı mülkiyyətdə olan Qax rayonu, Qaxingiloy kəndində yerləşən 0.14 ha torpaq sahəsindəki 1/6 payın (torpaq sahəsində yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla) satılması üçün 10 oktyabr 2025-ci il tarixli, 1546/1 saylı hərrac sifarişi ilə «X4» göndərilmişdir. 30 noyabr 2025-ci il tarixli, **********14220544 №li (hərracın nəticələrinə dair) protokoldan görünür ki, Borclu 6 nəfər ailə üzvü ilə birgə paylı mülkiyyətdə olan Qax rayonu, Qax ingiloy kəndində yerləşən 0.14 ha torpaq sahəsindəki 1/6 hissə 7.774 (yeddi min yeddi yüz yetmiş dörd) manat olmaqla X2 (FİN: 48WEWG) satılmış, məbləğ fərqi Qax rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülmüşdür. Tərəfimizdən Borclu adına paylı mülkiyyətdə (6 nəfər ailə üzvü olmaqla) Qax rayonu, Qaxingiloy kəndində JN-133A saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0.14 ha torpaq sahəsindəki 1/6 payı payının (torpaq sahəsində yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla) X1 (FİN: 48WEWG) adına rəsmiləşdirilməsinə dair 3-16-35-56/2- 18380/2026 №li, 22 yanvar 2026cı il tarixli məktub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi idarəsinə göndərilmişdir. Hazırda Borclu adına paylı mülkiyyətdə (6 nəfər ailə üzvü olmaqla) Qax rayonu, Qaxingiloy kəndində JN-133A saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0.14 ha torpaq sahəsindəki 1/6 payı payının üzərində Qax Rayon Məhkəməsinin 8(024)37/2024 №li, 29 fevral 2024-cü il tarixli qərardad ilə həbsin olması səbəbindən mülkiyyəti əldə etmiş X1 adına rəsmiləşdirilməsi mümkün olmur. Məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə, Borclu məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Borclu iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, tədimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəfimizdən Qax Rayon Məhkəməsinin 2(024) 504/2023 №li, 15 sentyabr 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar həmin torpaq sahəsinə dair texniki sənədlərin əldə edilməsi təmin edildikdən sonra, məhkəmə qərarı üzrə ödənilməli məbləğin tam şəkildə ödənilməsinin təmini məqsədi ilə əmlakın üzərinə həbsin qoyulması barədə təqdimat 19 fevral 2024-cü il tarixdə baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmiş və Qax rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 8(024)37/2024 №li qərardadına əsasən təqdimat təmin edilmiş, Borclu adına paylı mülkiyyətdə (6 nəfər ailə üzvü olmaqla) Qax rayonu, Qaxingiloy kəndində JN-133A saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0.14 ha torpaq sahəsindəki payının üzərinə həbs qoyulmuşdur. İcra haqqında Azərbaycan Respublikasının Qanunuy 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarından görünür ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə, 60-cı maddəsinin İ hissəsinə, 129-cu maddəsinin İ və İİ hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra «10» gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən «03» gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra «07» gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Qərardaddan şikayət vermiş şəxs şikayətdə qərardadadı nə üçün düzgün hesab etmədiyini göstərməli, yəni şikayəti əsaslandırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Qax rayonu, Qaxingiloy kəndində yerləşən Borclu adına paylı mülkiyyətində (6 nəfər ailə üzvü olmaqla) JN-133A saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0.14 ha torpaq sahəsindəki 1/6 payının üzərindəki həbsin saxlanılmasına zərurət qalmamışdır. Ona görə də təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tədimat təmin edilsin. Borclu mülkiyyətində olan Qax rayonu Qaxingiloy kəndində yerləşən (6 nəfər ailə üzvü olmaqla) JN-133A saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0.14 ha torpaq sahəsindəki 1/6 payının üzərindəki həbs götürülsün. Qərardadın icrası Qax rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar