Məhkəmə qərarları › İş №8(5-135)-21/2026

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(5-135)-21/2026

25.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(5-135)-21/2026 25.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Mirzəzadə Asim Vilayət oğlunun sədrliyi, Mirzəyeva Ayişə Məcid qızının katibliyi, Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-504/2022 saylı qətnaməsi ilə tutulan alimentin indeksasiyasına dair ərizəçi (tələbkar) Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq Tələb:

1. Ərizəçi (tələbkar) Tələbkar maraqlı şəxs (borclu) Borclu qarşı “alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dair ərizə ilə Qax rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Borclu xx.xx.2014-cü ildə doğulmuş X5 və xx.xx.2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-504/2022 saylı qətnaməsi üzrə tutulan aliment məbləğinin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tələbin əsaslandığı hallar:

2. Borclu ilə 2013-cü ildə daxil olmuşlar. Birgə yaşadıqları illərdə, yəni xx.xx.2014cü ildə Tofiq və xx.xx.2018-ci il tarixdə isə Osman adlı uşaqları doğulmuşdur. Uşaqlar onun himayəsindədir. Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu ilə aralarındakı nikah qeydi pozulmuş və xx.xx.2014-cü ildə doğulmuş Tofiq və xx.xx.2018-ci il tarixdə isə doğulmuş Osman adlı uşaqların onun ananın himayəsində qalması müəyyən olunmuşdur. Həmin uşaqların saxlanması üçün hər ay Borclu hər uşağa sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat alimentin tutulması müəyyən edilmişdir. Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən uşaqların saxlanması üçün aliment müəyyən edilərkən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun müəyyən edilməmişdir.

Tərəflərin izahatları:

3. Məkhəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi (tələbkar) Tələbkar məhkəmə iclasına gəlməmişdir. Ərizəçi (tələbkar) Tələbkar məhkəməyə teleqram göndərərək məhkəmə baxış iclasında iştirak edə bilmədiyini bildirərək işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə borclu məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə ərizəçi (tələbkar) və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları :

6. Qax Rayon Məhkəməsinin 2(024)-504/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 ilə cavabdeh Borclu arasında xx.xx.2013-cü il tarixdə Cəlilabad rayon İHB Günəşli kənd İƏD-si üzrə Nümayəndəliyində bağlanmış 26 saylı nikahın pozulması, xx.xx.2014-cü ildə doğulmuş X5 və xx.xx.2018-ci ildə doğulmuş X1 iddiaçı X2 himayəsində qalması, cavabdeh Borclu xx.xx.2014-cü ildə doğulmuş X5 və xx.xx.2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X3 verilməsi, alimentin xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir.

Tətbiq edilən hüquq :

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

8. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi:

Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

10. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:

1-ci maddə. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 3-cü maddə. Aliment indeksləşdirmənin obyektlərindən biridir

Məhkəmənin mövqeyi :

11. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq qeyd edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.

12. Ərizəçi (tələbkar) Tələbkar maraqlı şəxs (borclu) Borclu qarşı “alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dair ərizəsini Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-204/2022 saylı qətnaməsi ilə aliment təyin edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artması ilə əsaslandırmışdır.

13. İddiaçı X4 ilə cavabdeh Borclu arasında xx.xx.2013-cü il tarixdə Cəlilabad rayon İHB Günəşli kənd İƏD-si üzrə Nümayəndəliyində bağlanmış 26 saylı nikahın pozulması, xx.xx.2014-cü ildə doğulmuş X5 və xx.xx.2018-ci ildə doğulmuş X1 iddiaçı X2 himayəsində qalması, cavabdeh Borclu xx.xx.2014-cü ildə doğulmuş X5 və xx.xx.2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X3 verilməsi, alimentin xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir.

14. Məhkəmə qeyd edir ki, müvafiq qətnamə ilə alimentin məbləği müəyyən edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği artdığından ərizəçi (tələbkar) məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasını tələb etməkdə haqlıdır.

15. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

16. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-504/2022 saylı qətnaməsi ilə alimentin məbləği təyin edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 300 manat olmuşdur.

17. Belə ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2022-cü il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir.

18. Göründüyü kimi, 2022-ci ilin dekabr ayında Ərizəçinin (tələbkarın) xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 300 manat təşkil etmiş, məhkəmə tərəfindən uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0.50 (150:300) mislini təşkil etmişdir.

19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 400 manat olaraq müəyyən edilmişdir.

20. Belə olan halda məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, hazır ki ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən və ölkə üzrə minimum əmək haqqının miqdarı artdığından məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2022-ci ilin dekabr ayında aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir.

21. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə əsaslandırılan alimentin indeksasiyası barədə ərizələrə baxılarkən əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq indeksasiyanın həyata keçirilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırkı ərizələrə baxılan zaman məhkəmə əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq qaydada indeksasiyasını həyata keçirir, yeni məbləğ müəyyən etmir.

Nəticə :

22. Beləliklə, məhkəmə qeyd edir ki, Qax Rayon Məhkəməsinin 2(024)-504/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə alimentin indeksasiya edilməsi barədə ərizə təmin edilməli, xx.xx.2014-cü ildə doğulmuş X5 və xx.xx.2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 (sıfır tam yüzdə əlli) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268, 395, 396-cə maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

Ərizə təmin edilsin. Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-504/2022 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya edilsin. xx.xx.2014-cü ildə doğulmuş X5 və xx.xx.2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş 2026-cı il üçün minimum əmək haqqının 50 %-i, 0.50 misli həddində 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Asim Mirzəzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar