Məhkəmə qərarları › İş №8(5-135)-27/2026

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(5-135)-27/2026

02.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(5-135)-27/2026 02.03.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Mirzəzadə Asim Vilayət oğlunun sədrliyi, Mirzəyeva Ayişə Məcid qızının katibliyi ilə Qax rayon Məhkəməsinin e-2(024)-733/2025 saylı, xx.xx.2026-cı il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Qax rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qax rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayev məhkəməyə təqdimatla müraciət edərək Qax rayon Məhkəməsinin e-2(024)-733/2025 saylı, xx.xx.2026-cı il tarixli icra sənədi üzrə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il qərarla icraata başlanılan Qax Rayon Məhkəməsinin e-2(024)-733/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclular X4, X1, X2, X3 tələbkarın xeyrinə 42.452.10 manat əsas məbləğ üzrə, 3.309.39 manat faiz, 29 iyul 2025-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi 18 sentyabr 2025-ci il tarixədək 42.452.10 manat əsas borca illik 5% hesablanmış 244 manat faiz və 200 manat cərimə olmaqla, cəmi 46.205.49 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 232.98 manatın 228.62 manat hissəsi tutularaq «X6» ASC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2026-cı il tarixdə Qax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəfimizdən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “icraata başlamaq” haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pul vəsaitlərinin və ya başqa sərvətlərinin olub-olmaması barədə araşdırma aparılmış və nəticədə dövlət orqanları ilə inteqrasiya edilmiş “Elektron icra” sistemində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak, gəlir və pul vəsaiti aşkar edilməmişdir. Tərəfimizdən “Elektron icra” informasiya sistemində borclu X5 Borclu ilə rəsmi nikahda olub-olmaması araşdırılmış və nəticədə xx.xx.2006- cı il tarixdən nikahda olmaları müəyyən edilmişdir. “Elektron icra” informasiya sistemində borclu X5 ümumibirgə mülkiyyətində əri Borclu adına “X12 115 CDİ” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin olduğu müəyyən edilmişdir. Tərəfimizdən Qax Rayon Məhkəməsinin e-2(024)-733/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqinin icrası ilə əlaqədar borclu X5 ümumibirgə mülkiyyətində əri Borclu adına qeydə alınmış “X12 115 CDİ” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı rəngi tünd göy, qış mövsümi təkərli, yürüş kilometri 828144, mühərriyi işlək vəziyyətdə olan minik avtomobilinin üzərinə həbs qoyulmaqla akt tərtib edilmişdir. Üzərinə həbs qoyulmuş əmlak “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən əmlakın gizlədilməsi, zədələnməsini, korlanmasını, satılması, özgəninkiləşdirilməsi, avtomobil hissələrinin dəyişdirilməsi, məhv edilməsi bu və ya digər şəkildə dəyərinin azalmasına yönəlmiş hərəkətlər qadağan edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələbləri izah olunmaqla Borclu saxlancına verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinin e-2(024)-733/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqinin icrası ilə əlaqədar borclu X5 ümumibirgə mülkiyyətində əri Borclu adına qeydə alınmış “X12 115 CDİ” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı rəngi tünd göy, qış mövsümi təkərli, yürüş kilometri 828144, mühərriyi işlək vəziyyətdə olan minik avtomobilinin üzərinə həbs qoyulmaqla akt tərtib edilmiş və avtomobil Borclu saxlancına verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra məmuru borclunun daşınar əmlakına həbs qoyulması barədə təqdimat ilə məhkəməyə müraciət etsə də, həmin əmlakın həqiqətən də Borclu sahibliyində olmasına (eyni zamanda, mülkiyyətinə birgə nikah dövründə keçməsi, yaxud onun həmin əmlakı hansı qaydada əldə etməsinə) dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Qax Rayon Məhkəməsinin e-2(024)-733/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu məxsus daşınar əmlakın üzərinə həbs qoyulması barədə Qax rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayevin təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qax Rayon Məhkəməsinin e-2(024)-733/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu məxsus daşınar əmlakın üzərinə həbs qoyulması barədə Qax rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Asim Mirzəzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar