Məhkəmə qərarları › İş №8(5-135)-28/2026

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(5-135)-28/2026

12.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(5-135)-28/2026 12.03.2026 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, Tələbkar X2 26 fevral 2026-ci il tarixli ərizəsində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi qaynı Borclu 3.000 manat məbləğində pul vəsaitinin almağı müqabilində həmin yaşayış sahəsinə köçürülməkdən imtina etdiyini, Qax rayon Məhkəməsinin 2(024)-209/2024-012 №li, 29 may 2024-cü il tarixli icra sənədinin icrasına xitam verilməsi haqqında Qax rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş təqdimata və ona əlavə edilmiş sənədlərə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax rayon Məhkəməsinin 2(024)-209/2024-012 №li, 29 may 2024-cü il tarixli qətnaməsinə əsasən tələbkar X6 borclu X3 ilə birgə nikahdan 15 oktyabr 2015-ci il tarixdə anadan olmuş X4 və 21 avqust 2019-cu il tarixdə doğulmuş X5 ilə birlikdə gəlin köçdüyü qaynanası X1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün aidiyyatı üzrə Qax rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 02 mart 2026-cı il tarixdə Qax rayon İcra və Probasiya Şöbəsinin rəisi X9 təqdimatla məhkəməyə müraciət edərək Tələbkar 26 fevral 2026-cı il tarixdə Qax rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Borclu 3.000 manat məbləğində pul vəsaitinin almağı müqabilində həmin yaşayış sahəsinə köçürülməkdən imtina etdiyini, Qax rayon Məhkəməsinin 2(024)-209/2024-012 №li, 29 may 2024-cü il tarixli icra sənədinin icrasına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qax rayon Məhkəməsinin 2(024)-209/2024-012 №li, 29 may 2024-cü il tarixli qətnaməsinə əsasən tələbkar X6 borclu X3 ilə birgə nikahdan 15 oktyabr 2015-ci il tarixdə anadan olmuş X4 və 21 avqust 2019-cu il tarixdə doğulmuş X5 ilə birlikdə gəlin köçdüyü qaynanası X1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Qeyd olunan icra sənədi 15 iyul 2024-cü il tarixdə Qax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəfindən «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən «icraata başlamaq» haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. Borclu X7 AZ-İİ№ 527341, 19 fevral 2026-cı il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən 20 dekabr 2025-ci il tarixdə öldüyü müəyyən edilmişdir. Qax rayon Məhkəməsinin 2(024)-209/2024-012 №li, 29 may 2024-cü il tarixli icra sənədinə üzrə Tələbkar 26 fevral 2026-cı tarixdə Qax rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclu ilə qarşılıqlı razılaşmış və məhkəmə qərarı üzrə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməkdən 3.000 manat pul vəsaiti müqabilində imtinası səbəbindən icra vərəqi üzrə icraata xitam verilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1.-ci maddəsində icra sənədi üzrə icraata xitam verləmənin əsaslarından biri kimi məhkəmənin tələbkarın tələbdən imtinasını qəbul etməsi halı müəyyən edilmişdir. Odur ki, hazırki təqdimatla Qax rayon məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, tələbkar X6, Borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən və məhkəmə tərəfindən tədqiq edilmiş Qax rayon Məhkəməsinin 2(024)-209/2024-012 №li, 29 may 2024-cü il tarixli qətnaməsinə əsasən tələbkar X6 borclu X3 ilə birgə nikahdan 15 oktyabr 2015-ci il tarixdə anadan olmuş X4 və 21 avqust 2019-cu il tarixdə doğulmuş X5 ilə birlikdə gəlin köçdüyü qaynanası X1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. X2 Qax rayon İcra və Probasiya şöbəsinə təqdim etdiyi 26 fevral 2026-cı tarixdə Qax rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclu ilə qarşılıqlı razılaşmış və məhkəmə qərarı üzrə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməkdən 3.000 manat pul vəsaiti müqabilində imtinası səbəbindən icra vərəqi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Qax rayon Məhkəməsinin 2(024)- 209/2024-012 №li, 29 may 2024-cü il tarixli icra sənədi Qax rayon İcra və probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra borclu R.A.Məmmədov Ruslan və tələbkar Z.Y.Məmmədova öz aralarında razılığa gələrək, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməkdən imtina etmiş və 26 fevral 2026-cı il tarixdə bu barədə Qax rayon İcra və Probasiya Şöbəsinə ərizə təqdim etmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, icra sənədi üzrə icraata xitam verilir. Qanunun tələbindən də göründüyü kimi, tələbkarın imtinasını qəbul etmək vəzifəsi məhkəmənin üzərinə düşdüyü üçün icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə təqdimatı və icra sənədlərini araşdırıb icra məmurunun sübutlarını nəzərdən keçirərək qərara gəlir ki, tələbkar tələbindən imtina etdiyinə və onun bu imtinası digər şəxslərin hüquq və mənafelərinə təsir etmədiyinə görə tələbkarın imtinası məhkəmə tərəfindən qəbul edilməli və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra «10» gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən «03» gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra «07» gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı X2 Borclu qarşı Qax rayon Məhkəməsinin 2(024)-209/2024-012 №li, 29 may 2024-cü tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair Qax rayon İcra və Probasiya Şöbəsinin rəisi, X9 oğlunun təqdimatı təmin edilsin və icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra «10» gün müddətində Qax Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar