Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(5-135)-5/2026 28.01.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Mirzəzadə Asim Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, Qax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayev tərəfindən Borclu barəsində verilmiş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb :
1. Qax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayev Borclu barəsində “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimatla Qax rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Təqdimatın əsaslandırıldığı hallar :
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3159/2021 nömrəli, xx.xx.2021-ci il atrixli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə, 11 fevral 2017-ci il təvəllüdlü Xudiyeva (Abdurahmanova) Zəhra Mircəlal qızı və 18 sentyabr 2018-ci il təvəllüdlü Xudiyeva (Abdurahmanova) Nuray Mircəlal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 07 iyul 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 145 manat, cəmi 290 manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə Qax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəfimizdən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “icraata başlamaq” haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pul vəsaitlərinin və ya başqa sərvətlərinin olub-olmaması barədə araşdırma aparılmış və nəticədə dövlət orqanları ilə inteqrasiya edilmiş “Elektron icra” sistemində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak, gəlir və pul vəsaiti aşkar edilməmişdir. Tələbkar xx.xx.2025-ci il tarixdə Qax rayonu icra və probasiya şöbəsinə daxil olmuş ərizəsində 2025-ci il ilin may ayından sonrakı dövür üçün və növbəti ayların alimentlərin ödənilməsi barədə müvafiq tədbirləsin görülməsini xahiş etmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar borcluya Qax rayon icra və probasiya şöbəsinə gəlməsi üçün çağırış göndərilmiş borclu çağırışlara gəlməməsi səbəbindən tələb edilmişdir borclunun ünvanda yaşayıbyaşamamsı araşdırılmış və borclu ünvanda yaşamadığından borclunun axtarış haqqında qərar qəbul edilərək Qax rayon Polis şöbəsinə göndərilmişdir. Borclu 14 yanvar 2026-cı il tarixdə müvafiq qaydada izahat alınmış icra vərəqinin icrasıyla bağlı yaranmış 2320 manat aliment borcu ödənilməsi ondan tələb edilmiş, həmin tarixdə onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Qax Rayon Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli, 3(5-135)-33/2026 saylı qərarıyla Borclu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib və 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” informasiya sistemində Borclu 28 noyabr 2017-ci il tarixdə ümumvətəndaş pasportunun aldığı müəyyən edilmişdir. Borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3159/2021 nömrəli, xx.xx.2021-ci icra vərəqəsi üzrə Tələbkar olan aliment borcu 2320 manat təşkil edir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
İş materialları :
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3159/2021 nömrəli, xx.xx.2021-ci il atrixli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə, 11 fevral 2017-ci il təvəllüdlü Xudiyeva (Abdurahmanova) Zəhra Mircəlal qızı və 18 sentyabr 2018-ci il təvəllüdlü Xudiyeva (Abdurahmanova) Nuray Mircəlal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 07 iyul 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 145 manat, cəmi 290 manat sabit pul məbləğində aliment və 20 manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə keçirilməlidir.
4. Qax rayon icra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərara və “tələbin könüllü icrası haqqında” bildirişə əsasən müəyyən olunur ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(002)-3159/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmış və Borclu tələbin icrası üçün 10 gün könüllü icra müddəti verilmişdir.
5. Qax Rayon Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli, 3(5-135)-30/2026 saylı qərarıyla Borclu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib və 10 gün müddətində inzibati qaydada həbs edilmişdir.
Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında böyük icra məmuru Yaşar Mahayev təqdimata uyğun izahat verərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkar və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.
12. Azərbaycan Respublikasının Konstitusiyası :
Maddə 28. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
10. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu :
8.1. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
11. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimat :
2.1. Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. 2.4. Təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir.
Məhkəmənin mövqeyi :
12. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir.
13. Belə ki, icra haqqında qanunvericiliyə əsasən icra sənədi icraata daxil olduqdan sonra icra məmuru icraata başlamaq haqqında qərar qəbul edərək tərəflərə göndərir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Borclu tərəfindən tələb könüllü icra müddətində icra edilmədikdə icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Borclu tərəfindən tələb könüllü icra edilmədikdə icra haqqında qanunvericilikdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə məsuliyyət tədbirləri müəyyən edilmişdir.
14. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra sənədinin icrasını təmin etmək məqsədi ilə müəyyən edilmiş məsuliyyət növlərindən biri borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il qərarında qeyd edilir ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.
16. Qeyd etmək lazımdır ki, şəxsin Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilməsi konstitusion hüquqdur. Bu hüquq yalnız icra məmurunun təqdimatı əsasında məhkəmənin qərarı ilə məhdudlaşdırılır.
17. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatın təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar olmalıdır. Belə ki, icra haqqında qanunvericiliyə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
18. Həmçinin icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimatda müəyyən edilmiş şərtlərə riayət etməklə müraciət etməlidir.
19. Qeyd edilən təlimata əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir.
20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3159/2021 nömrəli, xx.xx.2021-ci il atrixli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə, 11 fevral 2017-ci il təvəllüdlü Xudiyeva (Abdurahmanova) Zəhra Mircəlal qızı və 18 sentyabr 2018-ci il təvəllüdlü Xudiyeva (Abdurahmanova) Nuray Mircəlal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 07 iyul 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 145 manat, cəmi 290 manat sabit pul məbləğində aliment və 20 manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə keçirilməlidir.
21. Qax rayon icra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərara və “tələbin könüllü icrası haqqında” bildirişə əsasən müəyyən olunur ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(002)-3159/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmış və Borclu tələbin icrası üçün 10 gün könüllü icra müddəti verilmişdir.
22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi borclu tərəfindən icra sənədinin icrası üzrsüz səbəbdən təmin edilməmişdir. Belə ki, müəyyən edilmişdir ki, Borclu 2320 manat aliment borcu vardır və iş materiallarında borclu tərəfindən icra sənədinin uzun müddət ərzində icra edilməməsinin üzrlü səbəbləri olmasını təsdiq edən sənədlər müəyyən edilməmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il qərarında qeyd edilir ki, “İcra haqqında” Qanunda mütənasiblik prinsipi birbaşa nəzərdə tutulmasa da, müvafiq məhdudiyyətin tətbiq olunması zamanı həmin prinsipin tələblərinin nəzərə alınması vacibdir. Belə ki, mütənasiblik prinsipi Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4-cü maddəsində əks olunaraq konstitusiya statusu alıb və onun tələbləri konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması zamanı nəzərə alınmalıdır.
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır.
25. Qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir.
26. Məhkəmə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3159/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icraya yönəldilməsinə baxmayaraq borclunun bugünkü tarixədək icra sənədinin icrasından yayınmasını, icra sənədi üzrə 2 320 manat aliment borcu olmasını, həmçinin uşaqların mənafeyini mütənasiblik prinsipi baxımından nəzərə alaraq qeyd edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
Nəticə :
27. Beləliklə, məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3159/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu tərəfindən həmin icra sənədinin icrası üzrsüz səbəbdən təmin edilmədiyindən təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3159/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcların icrası təmin edilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
Qax rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Yaşar Mahayev tərəfindən verilmiş təqdimat təmin edilsin. xx xxxxxxx 1991-ci ildə Karatay şəhərində anadan olmuş, Qax rayonu, Qaxbaş kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3159/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə yaranmış borc məbləği tam ödəlinədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra «10» gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər.
Sədrlik edən Asim Mirzəzadə