Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(5-140)-3/2026 21.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Tələbkar iştirakı ilə, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-53/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla Qubadlı Rayon Məhkəməsinə müraciət edərək e-2(028)-53/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış Qubadlı Rayon Məhkəməsinin e-2(028)-53/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borcludan xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1725 manat məbləğində pul, 38 manat ödənilmiş dövlət rüsumu və 122 manat hüquqi xidmət üçün ödənilmiş rüsumun əvəzinin alınaraq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 05 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmiş və “Elektron icra informasiya sistemi”nə əsasən borclunun əmlak və gəlirlərinin olmadığı aşkar edilmişdir. Həmin tarixdən bu vaxta qıdır icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edilir ki, zəruri icra tədbirlərinin görülməsi müddəti ərzində Borclu ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Tələbkar bildirdi ki, borclu məhkəmə qətnaməsini icra etmir. Sonuncu dəfə Borclu Sumqayıt Şəhər Məhkəməsinin qərarından sonra 70 manat ödəniş etmişdir. Hazırda borclunun cəmi 1620 manat borcu vardır. Onunla əlaqə qurmaq olmur. Ödənişdən yayınır. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru və borclu lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tələbkarı dinləyib, təqdimatı nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-53/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, cavabdeh Borclu xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1725 (bir min yeddi yüz iyirmi beş) manat məbləğində pul, 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumu və 122 (bir yüz iyirmi iki) manat hüquqi xidmət üçün ödənilmiş rüsumun əvəzinin alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3161/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin: - 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. - 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun: - 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından müəyyən edilmişdir ki, təqdimat əsaslıdır və məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-53/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-53/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №8(5-140)-3/2026
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(5-140)-3/2026
21.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver