Məhkəmə qərarları › İş №8(5-140)-4/2026

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(5-140)-4/2026

21.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(5-140)-4/2026 21.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 X1 aliment məbləğinin artırılması barədə tələbinə dair ərizəsini nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(28)-317/2012 saylı mülki işi üzrə xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Borclu birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş alimentin sabit pul məbləği, yəni 246 manat müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizəsinin geri qaytarılmasını xahiş etmişdi Məhkəmə ərizəni nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. -152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 aliment məbləğinin artırılması barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar