Məhkəmə qərarları › İş №8(5-143)-1/2026

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(5-143)-1/2026

19.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(5-143)-1/2026 19.02.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi ilə, Lerik Rayon Məhkəməsinin 2(048)-1363/2016 saylı, xx.xx.2026-cı il tarixli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə X1nun şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 məhkəməyə şikayətlə müraciət edərək, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarını ləğv edib icra sənədinin yenidən icraya yönəldilməsi və icraatın bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 2(048)- 1363/2016 saylı, 24 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, Borclu 50000 (əlli min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) borc və 30 (otuz) manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi Maraqlı şəxsndə xx.xx.2017-ci il tarixdə icraata qəbul edilmiş, icra tədbirlərinə başlanmış, lakin icra sənədi icra məmurunun xx.xx.2025-ci il tarixli qərarı ilə “borcluda tələb yönəldilə bilən əmlak aşkar edilmədi” əsası ilə icra edilməmiş qaydada Lerik Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Çünki icra məmuru borclunun əmlak və gəlir vəziyyətini tam və hər tərəfli araşdırmamışdır. İcra məmuru borclunun rəsmi gəlir mənbələrinin (əmək haqqının, pensiya, fiziki şəxs kimi fəlaliyyətini və s.) bank hesablarının daşınar və daşınmaz əmlakının olub-olmaması ilə bağlı lazımı dövlət orqanlarına effektiv sorğular göndərməmişdir. İcra hərəkətləri formal aparılmış, borcun faktiki icrası üçün bütün qanuni tədbirlər görülməmişdir. Eyni zamanda icra məmuru tərəfindən görülən icra tədbirlərinin nəticələri barədə ona heç bir rəsmi məlumat verməmişdir. Borclu "xxxx" MMC-də hazırki "xxxx" MMC-də yaxın qohumları ilə birgə əmək fəaliyyəti ilə məşğul olur və qazanc əldə edir. O, işlədiyi yerdə əmək müqaviləsi bağlamadan rəsmi gəliri portal saytlarında gorünməsin deyə qətnaməni təkrar icra etməkdən qərəzli yayınır. Borclu Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində məhkəmə hökmü çıxarılmış cəzası başa çatmış, lakin sonrakı müddətdə yenədə sözü gedən qətnamə icra edilməmişdir. Borclunun cəza alması sözü gedən məhkəmə qətnaməsini icra etməməyə əsas verə bilməz. Onuda qeyd edir ki, o Rusiya Federasiyasında olduğu üçün icra məmərunun qərarını xx.xx.2025-ci il tarixdə əldə etmiş və qərardan şikayət vermək müddəti ötürülməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs icra məmuru X5 şikayətdə göstərilənləri əsassız hesab edərək izahatında bildirmişdir ki, borclu şəxs barəsində lazımı icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə borc məbləğindən heç bir ödəniş edilməmişdir. Borclu şəxs icra sənədini icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilmiş, daha sonra isə cinayət məsuliyyətinə cəlb olunmuşdur. O, cinayət məsuliyyətinə cəlb olunduqdan sonra təkrar inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan əlavə icra tədbirləri nəticəsində borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və gəliri aşkar edilməmiş, eləcə də borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. İcra sənədinin icra olunması ilə bağlı bütün tədbirlər həyata keçirilsə də, icra sənədinin icrası mümkün olmamışdır. Bu səbəbdən icra sənədi icrasız məhkəməyə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı Rusiya Federasiyasında müalicə aldığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, ona əlavə edilmiş sənədləri və icra işinin sənədlərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-1363/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, Borclu 50000 (əlli min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq X4 verilməlidir. İş materiallarında olan Xəzər Rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-1363/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Xəzər Rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-1363/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra olunması üçün aidiyyəti üzrə Lerik rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Lerik Rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-1363/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 8(048)-11/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, xx xxxxxx 1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Lerik Rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Borclu yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış qərarı elan edilmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 3(048)-190/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-408/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, zərərçəkmiş X6 və onun müdafiəçisi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilərək, Borclu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsi barədə Lerik Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 1 (048)-10/2019 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilməsi, Borclu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və onun məhkəmə zalından dərhal həbs edilməsi, cəzası ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməklə əvvəli 10 oktyabr 2019-cu ildən hesablanması qərara alınmışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Borclu yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 3(048)-27/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan məlumatlardan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəliri aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs icra məmuru Həsən Zeynalov tərəfindən tərtib edilmiş əmlaka baxış barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-1363/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu qeydiyyatda olduğu ünvana baxış keçirilmiş, borc üzrə tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmiş, Borclu icra sənədində göstərilən ünvan 2 ünvanında olmuş, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuşdur. Bu səbəbdən Lerik Rayon Məhkəməsinin 2(048)-1363/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin Lerik Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılması əsasları öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Məhkəmə, icra sənədi üzrə borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməməsi səbəbindən icra sənədinin icra edilməsinin mümkün olmamasına əsaslanmaqla icra sənədinin geri qaytarılmasını kifayət qədər əsaslı hesab etmir. Bundan başqa, Maraqlı şəxs 06 oktyabr 2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Lakin məhkəməyə təqdim edilmiş icra işinin materialları araşdırılan zaman tələbin icrasının bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmaması, icra məmurunun bu haqda müvafiq akt tərtib etməsi və həmin aktın icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunması və bu barədə tələbkara məlumat verilməsi aşkar olunmamış, məhkəmə iclasında iştirak edən icra məmuruna qeyd edilən aktın və bu barədə tələbkara məlumat verilməsi barədə sənədlərin məhkəməyə təqdim olunması bildirilsə də, icra məmuru həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, icra sənədinin qaytarılması haqqında qərarı kifayət qədər əsaslı hesab etmədiyindən, şikayətdə və qərardadın əsaslandırıcı hissəsində göstərilən halların araşdırılmalı olmasını, icra sənədinin tam icrasının mümkün olub-olmamasının müəyyən edilməsi üçün icra hərəkətlərinin davam etdirilməli olmasını, mübahisələndirilən qərarın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə qəbul edilməsini nəzərə alaraq hesab edir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-1363/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin qaytarılması barədə Maraqlı şəxs 06 oktyabr 2025-ci il tarixli qərarı ləğv olunmalı və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini, eləcə də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci madddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-1363/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin qaytarılması barədə Maraqlı şəxs 06 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-1363/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə əsasən) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar