Məhkəmə qərarları › İş №8(5-146)-1/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(5-146)-1/2026

16.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(5-146)-1/2026 16.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1431/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Mingəçevir şəhər İcra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1431/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-1431/2022-xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 280 manat məbləğində aliment alınaraq tələbkar X2 verilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-383/2025-ci il saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü Səma və xx.xx.2016-cı il təvəllüdlü İradə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1431/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 140 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.46 misli olmaqla, iki uşaq üçün 0.92 misli həddində indeksasiya edilsin və xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu sabit pul məbləğində aliment alınıb Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədləri Mingəçevir şəhər İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu hər iki icra sənədi üzrə olan 10389 manat məbləğində aliment borcunu təmin etmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna, tələbkara və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, tələbkarın, borclunun və icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və əlavə edilmiş sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1431/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, 20 iyun 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat, 07 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat, cəmi-280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment hər ay cavabdeh Borclu tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icraata başlanılması qərara alınmışdır. Təqdimata əlavə olunmuş xx.xx.2022-ci il tarixdə tələbin dərhal icrası haqqında bildirişin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1431/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etmək Borclu bildirilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında məlumatın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1431/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar barədə X2 məlumat verilib. Təqdimata əlavə olunmuş Mingəçevir şəhəri MKTK MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 179 №-li arayışın surətindən görünür ki, Mənsimov X5 şəhəri, Y.Mənsurov küçəsi, ev 7, mənzil 39 ünvanında qeydiyyatda olmasına baxmayaraq, orada yaşamır. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, icraatda olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qeyd olunub. Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixli icraatın birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, iş üzrə Borclu olduğu icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-383/2025-005 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icraata başlanılması qərara alınmışdır. Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında məlumatdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-383/2025-005 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar barədə X2 məlumat verilib. Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-383/2025-005 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü olaraq icra etmək üçün Borclu 0 gün müddət vaxt verilib. Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, Mingəçevir şəhəri, Y.Mənsurov küçəsi, ev 7, mənzil 39 ünvanında qeydiyyatda olan borclu Mənsimov X5 şəhər İcra və probasiya şöbəsinə dəvət olunmuş, orada izahatı alınmışdır. İzahatda Borclu bildirir ki, 10389 manat aliment borcundan hal-hazırda 300 manat ödəyə bilir, qalıq aliment borcundan hər ay 600 manat ödəniş etməyə imkanı çatır. Təqdimata əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” informasiya sistemindən əldə olunmuş əmlak və gəlir məlumatları sorğusundan görünür ki, Borclu aid əmlak və gəlir məlumatları yoxdur. Təqdimata əlavə olunmuş qanunla tələbin üzərinə yönəldilə biləcəyi əmlakın aşkar edilməməsi haqqında aktın surətindən görünür ki, Borclu Mingəçevir şəhəri, Y.Mənsurov küçəsi, ev 7, mənzil 39 ünvanında mənzilə baxış zamanı borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən, onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin “Təlimat”ın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, icra məmuru tərəfindən borcun könüllü icra edilməsi üçün bildirişin və xəbərdarlıqların göndərilməsinə baxmayaraq, borclu borcunu ödəməkdə qərəzli boyun qaçırdığı və icra məmurunun çağırışına gəlmədiyi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər İcra və probasiya şöbəsində Borclu izahatı alınmış və borcunu ödəməyəcəyi təqdirdə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsi ona izah olunmuşdur. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən, “Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.” Göründüyü kimi məhkəmə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında icra sənədi üzrə borclunun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıra bilər. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarından çıxış edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1431/2022 saylı, xx.xx.2022-ci il tarixli və 8(051)-383/2025-ci il saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri icra olunanadək, xx.xx.1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Mingəçevir şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar