Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(5-146)-31/2026 17.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi Tələbkar, Borclu iştirakı ilə, Ərizəçi Tələbkar alimentin indeksasiyasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Həsənova X7 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2010-cu il təvəllüdlü Sevinc, xx.xx.2011-ci il təvəllüdlü Xədicə və xx.xx.2016-cı il təvəllüdlü Anar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin (cəmi 420 manat) indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Borclu ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Sevinc, xx.xx.2011-ci il təvəllüdlü Xədicə və xx.xx.2016-cı il təvəllüdlü Anar adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması zəminində cavabdehlə ayrılmışlar. Aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, boşanmadan sonra birgə nikahlarından xx.xx.2010cu il təvəllüdlü Sevinc, xx.xx.2011-ci il təvəllüdlü Xədicə və xx.xx.2016-cı il təvəllüdlü Anar adlı uşaqların onun yanında qalması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Hazırda minimum əməkhaqqı 400 manat müəyyən edilmişdir. Məhkəmənin həmin qətnaməsindən 3 ildən artıq müddət keçmişdir. Uşaqların tələbatı isə getdikcə artır. Artan tələbatı isə təyin edilmiş alimentlə təmin etmək mümkün deyildir. Odur ki, borclu şəxs tərəfindən ödənilən alimentin həmin Qanunvericilik aktlarının tələblərinə əsasən indeksasiya edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə xx.xx.2010-cu il təvəllüdlü Sevinc, xx.xx.2011-ci il təvəllüdlü Xədicə və xx.xx.2016-cı il təvəllüdlü Anar adlı uşaqların saxlanması üçün Borclu onun xeyrinə tutulan aliment miqdarının indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, borclu uzun müddətdir ki, aliment borcunu ödəmir. Odur ki, aliment məbləğinin indeksasiya edilməsinin təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclası zamanı ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə alimentin indeksasiyasına dair ərizəni, tərəflərin izahatlarını və iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Həsənova X7 şəhəri, X15 küçəsi, ev 14/1, mənzil 24 ünvanında qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı uşaqların atası Borclu, anası X2r. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Mingəçevir şəhər Qeydiyyat şöbəsində Borclu ilə X1 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına “Həsənova” soyadı verilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə, 61 № ilə qeyd edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X6 ilə Borclu arasında xx.xx.2010-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində bağlanmış və 309 nömrə ilə qeyd edilmiş rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü Sevinc, xx.xx.2011-ci il təvəllüdlü Xədicə və xx.xx.2016-cı il təvəllüdlü Anar adlı uşaqların iddiaçı X1 yanında qalması müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Məhkəmə iş materiallarının tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2010-cu il təvəllüdlü Sevinc, xx.xx.2011-ci il təvəllüdlü Xədicə və xx.xx.2016-cı il təvəllüdlü Anar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 140 manat alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Hazırda ərizəçi məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasını xahiş edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 110.1–ci maddəsi alimentin indeksasiyasını müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilməsi ilə bağladığından, hazırkı tələb üzrə alimentin indeksasiyası üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, uşaqlar iddiaçının yanında yaşayırlar, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. 2024-cü il üzrə minimum əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, minimum aylıq əməkhaqqının məbləği 2026-cı il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Minimum aylıq əməkhaqqının məbləğinin artması alimentin indeksasiyası üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, alimentin indeksasiyası üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmiş və 2024-cü il tarixi üçün bu məbləğ eyni olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmiş və bu məbləğ 2026-cı il tarixi üçün dəyişdirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. X14 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.11-ci bəndə 8.11-1-ci yarımbənd əlavə edilərək göstərilmişdir ki, 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, qüvvədə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının 2024-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əməkhaqqının təxminən 0.40 mislini təşkil etdiyini nəzərə alaraq, ərizə verildiyi, yəni xx.xx.2026-cı il tarixdən başlayaraq, hər ay hər uşaq üçün, xx.xx.2010-cu il təvəllüdlü Sevinc, xx.xx.2011-ci il təvəllüdlü Xədicə və xx.xx.2016-cı il təvəllüdlü Anar adlı uşaqlar üçün tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.40 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası MPM–in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 232, 263, 264, 266– 268–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü Sevinc, xx.xx.2011-ci il təvəllüdlü Xədicə və xx.xx.2016-cı il təvəllüdlü Anar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 140 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.40 misli həddində indeksasiya edilsin və xx.xx.2026-cı il tarixdən başlayaraq Borclu sabit pul məbləğində aliment alınıb Tələbkar verilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №8(5-146)-31/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(5-146)-31/2026
17.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver