Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(5-146)-49/2026 24.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə Borclu məcburi gətirilməsi barədə icra məmurunun təqdimatına baxaraq MÜƏYYƏN ETDİ : Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1190/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 2100 manat məbləğində pul alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1030/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2019-cu il tarixli MİK ******* saylı nisyə alqı satqı müqaviləyə əsasən 130 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçı "xxxx" MMCnə verilməsi qərt edilmişdir. Bundan əlavə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-152/2023 saylı qətnaməsinə əsasən Borclu xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1626 manat əsas və 20 manat cərimə olmaqla, cəmi 1646 manat, ümumilikdə iki müqavilə üzrə 1658,00 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borclu icra tələbini icra etməmiş və heç bir üzrlü səbəb olmadan Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də Borclu Teüymur qızının Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat verənə və Borclu məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, təqdimata icra məmurunun və borclunun iştirakı olmadan baxılması mümkündür. Təqdimata əlavə olunmuş sənədlər: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1190/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 2100 manat məbləğində pul alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1030/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2019-cu il tarixli MİK ******* saylı nisyə alqı satqı müqaviləyə əsasən 130 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçı "xxxx" MMC-nə verilməsi qərt edilmişdir. Bundan əlavə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-152/2023 saylı qətnaməsinə əsasən Borclu xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1626 manat əsas və 20 manat cərimə olmaqla, cəmi 1646 manat, ümumilikdə iki müqavilə üzrə 1658,00 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 xidmət mərkəzində notariat ofisinin 10101 №li, xx.xx.2022-ci il icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2022-ci tarixli 112726/2022-3-10-004 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya icra sənədi müəyyən olunmuş müddət ərzində könüllü icra edilmədikdə məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1030/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2022ci tarixli, 183338/2022-3-10-004 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya icra sənədi müəyyən olunmuş müddət ərzində könüllü icra edilmədikdə məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-152/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2023cü tarixli, 182151/2023-3-10-004 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya icra sənədi müəyyən olunmuş müddət ərzində könüllü icra edilmədikdə məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1190/2025/012 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2025ci tarixli, 195879/2025-3-14 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya icra sənədi müəyyən olunmuş müddət ərzində könüllü icra edilmədikdə məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 183338/3-10 №li, xx.xx.2026-cı il tarixli, 1958879-10 №li xəbərdarlıqdan görünür ki, Borclu borcun könüllü qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur, əks halda qanunverciliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq: “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunvericiliyin mənasına görə borclunun icra şöbəsinə məcburi gətirilməsi yalnız, onun icra məmurunun çağırışına məhəl qoymadığı, yəni müəyyənləşdirilmiş qaydada dəvət olunmasına baxmayaraq, bundan imtina etdiyi təqdirdə mümkündür. Məhkəmənin mövqeyi: İş materiallarından da göründüyü kimi, borclu qeyd edilən icra sənədlərini icra etməmiş və heç bir üzrlü səbəb olmadan Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə borclunun məhkəmə qərarlarının icrasına münasibətini, o cümlədən qərarların icrasından boyun qaçırması və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsini nəzərə alaraq hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməli, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №8(5-146)-49/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(5-146)-49/2026
24.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver