Məhkəmə qərarları › İş №8(5-146)-50/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(5-146)-50/2026

27.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(5-146)-50/2026 27.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, X1 hüquqi varisi İddiaçı, X2, Borclu ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmurunun borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə mülkiyyəti Borclu ASC-yə məxsus reyestr nömrəsi **********89- 06301 olan ünvan 1-də olan torpaq sahəsinin tələbkarın xeyrinə ödənilməsini təmin etmək üçün qeyd olunan əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 55/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ASC-dən tələbkarın hüquqi varisi İddiaçıın xeyrinə X4 bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə ona təyin edilən ödəncin məbləği aylıq 276 manat müəyyən edilməklə, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi hesablanmış 4968 manat və vəkilə hüquqi xidmət üçün ödənilən 300 manat, mediasiya xərci 50 manat tutulsun. Ədliyyə elektron icra portal sistemindən istifadə nəticəsində borclu təşkilat “Mingəçevir Tikinti-62“ ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, ünvan 1-də yerləşən reyestr nömrəsi **********89- 06301 olan, torpaq sahəsi aşkar olunmuşdur. “İcra Haqqında” Qanunun 45.6-cı maddəsinin tələbinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda.Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmçinin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanları nəzərə alaraq BorcluASC-nin mülkiyyətində və istifadəsində olan torpaq sahəsi üzərinə dövlətin adından çıxarılan qərarın icrasını təmin etmək məqsədilə həbs qoyulmalıdır. Odur ki, təqdimatın təmin edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ASC-nin nümayəndəsi X6 məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, torpaq dövlətin mülkiyyətindədir. 30 ildir ki, həmin torpaqdan Borclu ASC qanuni şəkildə istifadə edir. Həmin torpaq hal-hazırda Mingəçevir Tikinti-62” ASC-nin istifadəsindədir. Odur ki, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. X1 hüquqi varisi İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, borclu borc məbləğindən heç bir ödəniş etmir. İdarə müflis olsa da, möhür hələ də idarənin özündədir. Odur ki, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Borclu ASC-dən X4 hüquqi varisi İddiaçı xeyrinə X4 bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə ona təyin edilən ödəncin məbləği aylıq 276 manat müəyyən edilməklə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi hesablanmış 4968 manat və vəkilə hüquqi xidmət üçün ödənilən 300 manat, mediasiya xərci olan 50 manat tutulub tələbkara ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir şəhər İcra və probasiya şöbəsi tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda məcburi icra tədbirlərinin görüləcəyi bildirilmişdir. Təqdimata əlavə olunmuş izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanındakı xüsusi mülkiyyətin sahibi dövlət olmaqla yanaşı, Borclu ASC-istifadəsindədir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinin bir növüdür. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ASC-dən tələbkarın hüquqi varisi İddiaçı xeyrinə X4 bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə ona təyin edilən ödəncin məbləği aylıq 276 manat müəyyən edilməklə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi hesablanmış 4968 manat və vəkilə hüquqi xidmət üçün ödənilən 300 manat, mediasiya xərci olan 50 manat tutulub tələbkara ödənilməsi qət edilmişdir. Təqdimat araşdırılarkən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətindədir. Həmin torpaq sahəsi Borclu ASC-yə həmin dövlət qurumun müəssisəsi arasında bağlanmış müqavilə əsasında istifadəyə verilmişdir. Bu onu deməyə əsas verir ki, torpaq üzərinə mülkiyyət hüquqları Borclu ASC-yə aid deyildir. Lakin icra məmuru qeyd olunan halları araşdırmadan və nəzərə almadan borclunun istifadəsində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimat vermişdir. Məhkəmə hesab edir ki, əmlak üzərinə həbs qoyulması barədə təqdimat verilməmişdən öncə ilk olaraq borclunun əmlak vəziyyəti araşdırılmalı, faktiki borclunun mülkiyyətində olan hər hansı əmlak müəyyən edildikdən sonra digər icra tədbirlərinin həyata keçirilməsinə yol verilə bilər. İcra məmuru tərəfindən isə bu barədə icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədi üzrə məcburi icra hərəkətləri çərçivəsində Borclu ASC-nin Mingəçevir şəhəri, ünvan 1 ünvanındakı xüsusi mülkiyyətinin üzərinə həbs qoyulması növündə məcburi icra tədbirinin həyata keçirilməsi qanuna uyğun deyildir. Odur ki, icra orqanının hazırkı təqdimatının təmin edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM–in 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 49.2–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Borclu ASC-nin istifadəsində olan Mingəçevir şəhəri, ünvan 1 ünvanındakı torpaq sahəsinin üzərinə həbs qoyulmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar