Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(5-146)-52/2026 27.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1190/2025 saylı, xx.xx.2025-ci il tarixli, 2(051)-1030/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(051)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli və Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinin 10101 nömrəli xx.xx.2022-ci il tarixli icra işləri üzrə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1190/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 2100 manat məbləğində pul alınıb iddiaçı Tələbkar1 verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1030/2022 saylı, xx.xx.2022-ci il tarixli saylı qətnaməsinə əsasən, Borclu 160 manat məbləğində pul alınıb iddiaçı Tələbkar2 MMC-yə verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli saylı qətnaməsinə əsasən, Borclu 1696 manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinin 10101 nömrəli xx.xx.2022ci il tarixli icra qeydinə əsasən Borclu 797,93 manat kredit borcu alınıb "xxxx" ASC-yə ödənilməsi müəyyən edilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Sənan Hacıməmmədov təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1190/2025 saylı, xx.xx.2025-ci il tarixli, 2(051)-1030/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(051)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli və Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinin 10101 nömrəli xx.xx.2022-ci il tarixli icra işlərinin icrasını təmin etmək məqsədi ilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1190/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 2100 manat məbləğində pul alınıb iddiaçı Tələbkar1 verilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1030/2022 saylı, xx.xx.2022-ci il tarixli saylı qətnaməsinə əsasən, Borclu 160 manat məbləğində pul alınıb iddiaçı Tələbkar2 MMC-yə verilməsi,2(051)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli saylı qətnaməsinə əsasən, Borclu 1696 manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi və Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinin 10101 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Borclu 797,93 manat kredit borcu alınıb "xxxx" ASC-yə ödənilməsi müəyyən edilmişdir. Borclu icra sənədləri üzrə tələbin könüllü olaraq icra edilməsi üçün bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq borclu hazırki vaxta kimi ödəniş etməmişdir. O, borcundan heç bir ödəniş etməmişdir. Ona görə də, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş olunur. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuruna, tələbkarlara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, tələbkarlar və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1190/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 2100 manat məbləğində pul alınıb iddiaçı Tələbkar1 verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1030/2022 saylı, xx.xx.2022-ci il tarixli saylı icra vərəqəsindən görünür ki, Borclu 160 manat məbləğində pul alınıb iddiaçı Soliton LTD MMC-yə verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli saylı icra vərəqəsindən görünür ki, Borclu 1696 manat məbləğində pul alınıb iddiaçı ABC Telekom MMC-yə verilməsi qət edilmişdir. Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinin 10101 nömrəli xx.xx.2022ci il tarixli icra qeydinə əsasən Borclu 797,93 manat kredit borcu alınıb "xxxx" ASC-yə ödənilməsi müəyyən edilmişdir. Təqdimata əlavə olunmuş icraata başlamaq haqqında qərarların sürətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Şəhər Məhkəməsinin 2(051)-1190/2025 saylı, xx.xx.2025-ci il tarixli və 2(051)-1030/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(051)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə və Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinin 10101 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş bildirişin sürətindən görünür ki, Borclu tələbin könüllü icrası haqqında məlumat göndərilmişdir. Təqdimata əlavə olunmuş Borclu tərəfindən verilmiş izahatından görünür ki, borcluya icra sənədləri könüllü müddət ərzində icra edilmədikdə məcburi icra tədbirləri həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin gəldiyi nəticə: “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın (bundan sonra - Təlimat) 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədininüzrsüz səbəbdənicra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. Həmin Təlimatın 2.4, 2.5-ci bəndlərinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, icra məmuru təqdimata borcun könüllü icra edilməsi üçün bildirişin və xəbərdarlıqların göndərilməsinə baxmayaraq, borclu qərəzli olaraq icra sənədini icra etməkdən yayınmışdır. Eləcə də, Borclu tələbin yönəldilə biləcəyi əmlakı və pul vəsaiti müəyyən edilməmişdir. Həmçinin Borclu izahatı alınmış və o, borcu ödəyə bilməməsinə səbəbi kimi maddi imkanının olmamasını göstərmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət etməklə onu icra sənədini icra etməməsindən çəkindirə bilər. Hətta məhkəmə hesab edir ki, borclunun iş materiallarına əlavə olunmuş izahatında borcu ödəyə bilməməsinin səbəbi kimi qeyd etdiyi halları da(“maddi imkanının olmaması” və s. ifadələri) üzrlü hesab etmək olmaz. Əks halda qeyd olunan hallar digər şəxslər tərəfindən də bəhanə kimi istifadə olunaraq məhkəmə qərarlarının icrasından kütləvi şəkildə yayınmağa, nəticədə məhkəmə qərarlarının icrasız qalmasına səbəb ola bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarından çıxış edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1190/2025 saylı, xx.xx.2025-ci il tarixli, 2(051)-1030/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(051)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli və Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinin 10101 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədləri icra olunanadək, xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli
Məhkəmə qərarları › İş №8(5-146)-52/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(5-146)-52/2026
27.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver