Məhkəmə qərarları › İş №8(5-146)-60/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(5-146)-60/2026

04.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(5-146)-60/2026 04.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Borclu iştirakı ilə, X2 alimentin indeksasiyasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 məhkəməyə ərizə ilə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 547/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Borclu azyaşlı xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan aliment miqdarının indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Borclu ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X13 adlı övladları dünyaya gəlmişdir. Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Boşanmadan sonra Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-547/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulan xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2010-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini qət edilmişdir. Odur ki, ödənilməli olan alimentin indeksasiya edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, ailəsində 2-ci qrup əlil vardır. Avto yumada işləyir. Özü yenidən ailə həyatı qurub və himayəsində azyaşlı uşağı vardır. Ərizənin təmin olunmamasını xahiş edir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM–in 232.2–ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə alimentin indeksasiyasına dair ərizəni, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X10 atası Borclu, anası X8r. İşdə olan 13 fevral 2026-cı il tarixli arayışdan görünür ki, X1 şəhəri, Kənar küçə, ev 6 ünvanında yerləşən fərdi tikilidə qeydiyyatsız (qeydiyyat ünvanı: 1-ci Bahar döngəsi, ev 2A-da) yaşayır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-547/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X9 ilə Borclu arasında olan Mingəçevir şəhər Nikah evində 29 mart 2012-ci il tarixdə 74 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X13 adlı uşaqların iddiaçı X5 yanında qalması və Borclu xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X13 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutulub X7 verilməsi qət edilmişdir. Məhkəmə iş materiallarının tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-547/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X9 ilə Borclu arasında olan Mingəçevir şəhər Nikah evində 29 mart 2012-ci il tarixdə 74 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X13 adlı uşaqların iddiaçı X5 yanında qalması və Borclu xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X13 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutulub X7 verilməsi qət edilmişdir. Lakin xx.xx.2007-ci il təvəllüdlü X12 adlı uşaq artıq yetkinlik yaşına çatmışdır. Hazırda ərizəçi məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasını xahiş edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 110.1–ci maddəsi alimentin indeksasiyasını müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilməsi ilə bağladığından, hazırkı tələb üzrə alimentin indeksasiyası üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, uşaq iddiaçının yanında yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. 2020-ci il üzrə minimum əməkhaqqının məbləği 250 manat müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, minimum aylıq əməkhaqqının məbləği 2026-cı il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Minimum aylıq əməkhaqqının məbləğinin artması alimentin indeksasiyası üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, alimentin indeksasiyası üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il üçün sentyabr ayının 1-dən 250 manat müəyyən edilmiş və bu məbləğ 2020-ci il tarixi üçün dəyişdirilməmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmiş və bu məbləğ 2026-cı il tarixi üçün dəyişdirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əməkhaqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əməkhaqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əməkhaqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əməkhaqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. X16 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.11-ci bəndə 8.11-1-ci yarımbənd əlavə edilərək göstərilmişdir ki, 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, qüvvədə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-547/2020 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarının 2020-ci il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əməkhaqqının 0.40 mislini təşkil etdiyini nəzərə alaraq, xx.xx.2010-cu il təvəllüdlü X13 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.40 misli həddində indeksasiya olunmalı, alimentin ödənilməsinə ərizə verildiyi, yəni xx.xx.2026-cı il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası MPM–in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 232, 263, 264, 266– 268–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X13 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(051)-547/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay bir uşaq üçün 100 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.40 misli həddində indeksasiya edilsin və xx.xx.2026-cı il tarixdən başlayaraq Borclu sabit pul məbləğində aliment alınıb X3 verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar