Məhkəmə qərarları › İş №8(5-146)-62/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(5-146)-62/2026

05.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(5-146)-62/2026 05.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə Bakı Kommersiya Məhkməsinin 2-2(113)-1414/2024 saylı xx.xx.2024-cü il tarixli və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-105/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə Borclu «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkməsinin 2-2(113)-1414/2024 saylı xx.xx.2024-cü il tarixli və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-105/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkməsinin 2-2(113)- 1414/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 33956 manat məbləğində pul tutularaq Tələbkar2 verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-105/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 33038,55 manat məbləğində pul tutularaq Tələbkar1 verilməsi qət edilmişdir. Borclu icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi üçün bildiriş edilmiş, ona icra sənədinin icrasının məcburiliyi diqqətinə çatdırılmış, qanunla müəyyən edilmiş vaxt ərzində borcun ödənilməməsinə görə barəsində məcburi icra və məsuliyyət tənbeh tədbirləri görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə Borclu borcunu ödəmədiyi halda barəsində axtarış işi açılması üçün Mingəçevir Şəhər Polis şöbəsinə göndərilmişdir. Borclunun gələcəkdə dövlət sərhəddini keçib ölkəyə qayıtmamaqla, məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədini icra etmədən ölkə hüdudlarını tərk etmək ehtimalının olmasnı nəzərə alaraq icra işi üzrə yaranmış borc tam şəkildə ödənilib qurtaranədək iş üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat verənə və Borclu məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, təqdimata icra məmurunun və borclunun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə təqdimatı, icra işini və əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Təqdimata əlavə edilmiş sənədlər Bakı Kommersiya Məhkməsinin 2-2(113)-1414/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan qeyri yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxırlması, 19200 manat icarə haqqı, 16600 manat kompensasiya, ödənilmiş 156 manat dövlət rüsumu, ümuilikdə 35956 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar2 verilməsi qərara edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-105/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 32850 manat və ödənilmiş dövlət rüsumu 188,55 manat məbləğində pul alınıb Tələbkar1 verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Bakı Kommersiya Məhkməsinin 2-2(113)- 1414/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə Borclu Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 105/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə Borclu Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(051)-106/2023 saylı qərardadına əsasən Borclu məxsus BMW528 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Borclu izahatı alınmışdır. xx.xx.2025-ci il tarixli 2-33988 nömrəli məktubdan görünür ki, Borclu barəsində Mingəçevir Şəhər PŞ-də 650638 saylı axtarış işi açılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İcra icraatı üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi ilə tənzimlənir. “İcra haqqında” Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin maddəyə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimat”ın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən olunur ki, icra məmuru tərəfindən borcun könüllü icra edilməsi üçün bildirişin göndərilməsinə və borclu tərəfindən alınmasına baxmayaraq, borclu qərəzli olaraq icra sənədini icra etməkdən yayınmış, borclu barəsində axtarış elan edilmişdir. Borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakının olduğu müəyyən edilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar