Məhkəmə qərarları › İş №8(5-146)-70/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(5-146)-70/2026

11.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(5-146)-70/2026 11.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Borclu iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2379/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar1 verilməlidir. Bundan başqa, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2379 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 183 (bir yüz səksən üç) manat əsas borc, 18 (on səkkiz) cərimə borcu manat olmaqla cəmi 201 (iki yüz bir) manat borc, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 309 (üç yüz doqquz) manat əsas borc, 30 (otuz) manat cərimə borcu olmaqla cəmi 339 (üç yüz otuz doqquz) manat borc, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 995 (doqquz yüz doxsan beş ) manat əsas borc, 99 (doxsan doqquz) manat cərimə borcu olmaqla cəmi 1094 (bir min doxsan dörd) manat borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 998 (doqquz yüz doxsan səkkiz) manat əsas borc, 99 (doxsan doqquz) cərimə borcu manat olmaqla cəmi 1097 (min doxsan yeddi) manat borc, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 419 (dörd yüz on doqquz) manat əsas borc, 41 (qırx bir) manat cərimə borcu olmaqla cəmi 460 (dörd yüz altmış) manat borc olmaqla, hər beş müqavilə üzrə ümumilikdə 3191 (üç min yüz doxsan bir) manat borc və 51,91 (əlli bir manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Sənan Hacıməmmədov təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 2379/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar1 verilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2379 saylı, xx.xx.2022-ci il tarixli icra işi üzrə Borclu ümumilikdə 3242.91 manat pul alınıb "xxxx" MMC-yə ödənilməlidir. Borclu icra sənədləri üzrə tələbin könüllü olaraq icra edilməsi üçün bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq borclu hazırki vaxta kimi ödəniş etməmişdir. Borclunun gələcəkdə dövlət sərhəddini keçib ölkəyə qayıtmama ehtimalını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş olunur. Borclu məhkəmə iclasında məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, borcu ödəməkdən yayınmır. Taksi fəaliyyəti ilə məşğuldur, hər ay hissə-hissə borcundan ödəyəcəyinə söz verir. Tələbkara və icra məmuruna rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə əvvəlcədən məlumat verməmişlər. Məhkəmə hesab edir ki, məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması mümkündür. Sübutların tədqiqi: Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2379 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 183 (bir yüz səksən üç) manat əsas borc, 18 (on səkkiz) cərimə borcu manat olmaqla cəmi 201 (iki yüz bir) manat borc, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 309 (üç yüz doqquz) manat əsas borc, 30 (otuz) manat cərimə borcu olmaqla cəmi 339 (üç yüz otuz doqquz) manat borc, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 995 (doqquz yüz doxsan beş ) manat əsas borc, 99 (doxsan doqquz) manat cərimə borcu olmaqla cəmi 1094 (bir min doxsan dörd) manat borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 998 (doqquz yüz doxsan səkkiz) manat əsas borc, 99 (doxsan doqquz) cərimə borcu manat olmaqla cəmi 1097 (min doxsan yeddi) manat borc, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 419 (dörd yüz on doqquz) manat əsas borc, 41 (qırx bir) manat cərimə borcu olmaqla cəmi 460 (dörd yüz altmış) manat borc olmaqla, hər beş müqavilə üzrə ümumilikdə 3191 (üç min yüz doxsan bir) manat borc və 51,91 (əlli bir manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar1 verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş icraata başlamaq haqqında qərarların surətindən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Şəhər Məhkəməsinin 2(051)-2379/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş AZEMİS-dən əldə olunmuş çıxarışdan görünür ki, Borclu mülkiyyətində tələb yönəldilə biləcək əmlakı aşkar olunmamışdır. Təqdimata əlavə olunmuş Borclu tərəfindən verilmiş izahatından görünür ki, borcluya icra sənədində göstərilmiş müddət ərzində könüllü icra edilmədikdə məcburi icra tədbirləri həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin gəldiyi nəticə: “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra - Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyininəsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, icra məmuru təqdimata borcun könüllü icra edilməsi üçün bildirişin və xəbərdarlıqların göndərilməsinə baxmayaraq, borclu qərəzli olaraq icra sənədlərini icra etməkdən yayınmışdır. Eləcə də, Borclu tələbin yönəldilə biləcəyi əmlakı və pul vəsaiti müəyyən edilməmişdir. Həmçinin icra icraatı zamanı Borclu izahatı alınmış və o, borcu ödəyə bilməməsinə səbəb kimi maddi vəziyyətinin aşağı olmasını göstərmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət etməklə onu icra sənədini icra etməməsindən çəkindirə bilər. Hətta məhkəmə hesab edir ki, borclunun iş materiallarına əlavə edilmiş izahatında borcu ödəyə bilməməsinin səbəbi kimi qeyd etdiyi halları da(“maddi vəziyyətinin aşağı olması” və s. ifadələri) üzrlü hesab etmək olmaz. Əks halda qeyd olunan hallar digər şəxslər tərəfindən də bəhanə kimi istifadə olunaraq məhkəmə qərarlarının icrasından kütləvi şəkildə yayınmağa, nəticədə məhkəmə qərarlarının icrasız qalmasına səbəb ola bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarından çıxış edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2379/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri icra olunanadək, xx.xx.1989-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar