Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(5-146)-76/2026 03.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynli Tural Mirbahəddin oğlu, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” barədə təqdimatına yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-189/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə avtomobil modeli VAZ 2107 minik, rəngi safari, dövlət qeydiyyat nişanı **-TN-***, istehsal ili 1994-cü il olan və avtomobil modeli VAZ 21093 minik, rəngi albalı, dövlət qeydiyyat nişanı **-BF-***, istehsal ili 1989-cu il olan avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə ərizə ilə müraciət edərək, təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, təqdimat qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə, məhkəmə iş materiallarını araşdırıb və təqdimatı nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən təqdimat qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 13.4, 152.1.9, 263- 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə təmin olunsun. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan tərəfə verildiyi gündən on gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №8(5-146)-76/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(5-146)-76/2026
03.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver