Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(5-146)-84/2026 12.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi Tələbkar Borclu nümayəndəsi X3 iştirakı ilə Ərizəçi Tələbkar alimentin indeksasiyasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Quliyeva X6 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)–860/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə xx.xx.2009-cu il tarixdə doğulmuş Nurgün, xx.xx.2010-cu il tarixdə doğulmuş Nuray, xx.xx.2012-ci il tarixdə doğulmuş İslam və xx.xx.2015-ci il tarixdə doğulmuş Hafizənur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə tutulan aliment miqdarının indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)–860/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X11 ilə cavabdeh Borclu arasında xx.xx.2012-ci ildə Mingəçevir şəhəri Qeydiyyat şöbəsində 476 № ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş 28 may 2009-cu il təvəllüdlü X4, 15 may 2010-cu il təvəllüdlü X7, 27 noyabr 2012-ci il təvəllüdlü X12 və 06 may 2015-ci il təvəllüdlü X2 adlı uşaqlarının iddiaçı X5 yanında qalmalarının müəyyən edilməsi, 28 may 2009-cu il təvəllüdlü X4, 15 may 2010-cu il təvəllüdlü X7, 27 noyabr 2012-ci il təvəllüdlü X12 və 06 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 100 (bir yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq, iddiaçı X8 verilməsi, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan, xx.xx.2022-ci il tarixdən tutulması və qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda minimum əmək haqqı 400 manat təşkil edir. Ona görə də o, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)–860/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə xx.xx.2009-cu il tarixdə doğulmuş Nurgün, xx.xx.2010-cu il tarixdə doğulmuş Nuray, xx.xx.2012-ci il tarixdə doğulmuş İslam və xx.xx.2015-ci il tarixdə doğulmuş Hafizənur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə tutulan aliment miqdarının indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclası zamanı ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu nümayəndəsi X9 məhkəmə iclası zamanı borclunun 500 manat əmək haqqı aldığını nəzərə alaraq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə alimentin indeksasiyasına dair ərizəni, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)–860/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X11 ilə cavabdeh Borclu arasında xx.xx.2012-ci ildə Mingəçevir şəhəri Qeydiyyat şöbəsində 476 № ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş 28 may 2009-cu il təvəllüdlü X4, 15 may 2010-cu il təvəllüdlü X7, 27 noyabr 2012-ci il təvəllüdlü X12 və 06 may 2015-ci il təvəllüdlü X2 adlı uşaqlarının iddiaçı X5 yanında qalmalarının müəyyən edilməsi, 28 may 2009-cu il təvəllüdlü X4, 15 may 2010-cu il təvəllüdlü X7, 27 noyabr 2012-ci il təvəllüdlü X12 və 06 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 100 (bir yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq, iddiaçı X8 verilməsi, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan, xx.xx.2022-ci il tarixdən tutulması və qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Nurgün, xx.xx.2010-cu il tarixdə doğulmuş Nuray, xx.xx.2012-ci il tarixdə doğulmuş İslam adlı uşaqların atası Borclu, anası Quliyeva (Səmədova) Zərin Akif qızıdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş Hafizənur adlı uşağın atası Borclu, anası Zərin Səmədovadır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu ilə X5 nikahı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Quliyeva soyadı verilmişdir. Məhkəmə iş materiallarının tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)–860/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 28 may 2009-cu il təvəllüdlü X4, 15 may 2010-cu il təvəllüdlü X7, 27 noyabr 2012-ci il təvəllüdlü X12 və 06 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 100 (bir yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq, iddiaçı X8 verilməsi, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan, xx.xx.2022-ci il tarixdən tutulması və qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Hazırda ərizəçi məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasını xahiş edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 110.1–ci maddəsi alimentin indeksasiyasını müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilməsi ilə bağladığından, hazırkı tələb üzrə alimentin indeksasiyası üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, uşaqlar iddiaçının yanında yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Minimum aylıq əməkhaqqının məbləğinin artması alimentin indeksasiyası üçün qanuni əsas sayıla bilər. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, alimentin indeksasiyası üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,37 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. X14 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.11-ci bəndə 8.11-1-ci yarımbənd əlavə edilərək göstərilmişdir ki, 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, qüvvədə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)–860/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının 2022-ci il üzrə müəyyən edilmiş 300 manat məbləğində minimum əmək haqqının 0,33 mislini təşkil etdiyini nəzərə alaraq, ərizə verildiyi, yəni xx.xx.2026-cı il tarixdən başlayaraq, bir uşaq üçün tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli olmaqla, dörd uşaq, xx.xx.2009-cu il tarixdə doğulmuş Nurgün, xx.xx.2010-cu il tarixdə doğulmuş Nuray, xx.xx.2012-ci il tarixdə doğulmuş İslam və xx.xx.2015-ci il tarixdə doğulmuş Hafizənur adlı uşaqlar üçün cəmi 1.32 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası MPM–in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 232, 263, 264, 266– 268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. xx.xx.2009-cu il tarixdə doğulmuş Nurgün, xx.xx.2010-cu il tarixdə doğulmuş Nuray, xx.xx.2012-ci il tarixdə doğulmuş İslam və xx.xx.2015-ci il tarixdə doğulmuş Hafizənur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)–860/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 100 (bir yüz ) manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli, cəmi (dörd uşaq üçün) 1.32 misli həddində indeksasiya edilsin və xx.xx.2026-cı il tarixdən başlayaraq hər ay Borclu sabit pul məbləğində aliment alınıb Tələbkar verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(5-146)-84/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(5-146)-84/2026
12.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver