Məhkəmə qərarları › İş №8(5-148)-14/2026

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(5-148)-14/2026

09.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(5-148)-14/2026 09.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, X7 qızının katibliyi ilə, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimatına məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1557/2024 nömrəli iş üzrə 22 iyul 2024-cü il tarixdə verilmiş, 12 mart 2024-cü il tarixli icra sənədi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4040/2023 nömrəli iş üzrə 13 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 08 sentyabr 2015-ci il təvəllüdlü X4 və 14 fevral 2017-ci il il təvəllüdlü Camalzadə HəsənToğrul oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 500 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay hər uşaq üçün 250 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-76/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixdə verilmiş, 10 yanvar 2025-ci il tarixli icra sənədi ilə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər Mərkəzi Park kvartalında yerləşən 8 mərtəbəli, 9 girişli BE-019:073 ərazidə 2-ci blokda, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, 118 kv.m sahəsi olan 17 saylı mənzilin alınması üçün ilkin ödənmiş 34000 manat pul vəsaitində 1/2 hissədə Tələbkar, 1/2 hissədə Borclu payları müəyyən edilsin və həmin məbləğ cavabdeh Borclu alınaraq, iddiaçı Tələbkar ödənilsin. “Maserati Granturismo” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il tarixli, ban nömrəsi ZAMUH45B000067459 olan nəqliyyat vasitəsinə dair 15 iyun 2022-ci il tarixdə bağlanan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsində təsdiq edilən alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. “Maserati Granturismo” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobildə 1/2 hissədə Tələbkar, 1/2 hissədə Borclu payları müəyyən edilmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1557/2024 saylı, 12 mart 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-76/2025 saylı, 10 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər Mərkəzi Park kvartalında yerləşən 8 mərtəbəli, 9 girişli BE-019:073 ərazidə 2-ci blokda, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, 118 kv.m sahəsi olan 17 saylı mənzilin alınması üçün ilkin ödənmiş 34000 manat pul vəsaitində 1/2 hissədə Tələbkar, 1/2 hissədə Borclu payları müəyyən edilsin və həmin məbləğ cavabdeh Borclu alınaraq, iddiaçı Tələbkar ödənilsin. “Maserati Granturismo” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il tarixli, ban nömrəsi ZAMUH45B000067459 olan nəqliyyat vasitəsinə dair 15 iyun 2022-ci il tarixdə bağlanan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsində təsdiq edilən alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. “Maserati Granturismo” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobildə 1/2 hissədə Tələbkar, 1/2 hissədə Borclu payları müəyyən edilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş və borclunun izahatı alınmışdır. İcra sənədində olan tələbin təmin edilməsi borcludan tələb edilmişdir. Habelə tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün sorğular göndərilmiş, lakin onun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar olunmamışdır. Borclunun tələbkara hal-hazırda 7069 manat aliment borcu vardır və digər icra sənədi üzrə isə heç bir ödəniş etməmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsaslanaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Tədqimata məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərilmiş Neftçala rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, iddiaçı (tələbkar) Tələbkar və cavabdeh (borclu) Borclu məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1557/2024 nömrəli iş üzrə 22 iyul 2024-cü il tarixdə verilmiş, 12 mart 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 76/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixdə verilmiş, 10 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər Mərkəzi Park kvartalında yerləşən 8 mərtəbəli, 9 girişli BE-019:073 ərazidə 2-ci blokda, 3-cü mərtəbədə yerləşən 2 otaqlı 118 kv.m sahəsi olan 17 saylı mənzilin alınması üçün ilkin ödənmiş 34000 manat pul vəsaitində 1/2 hissədə Tələbkar, 1/2 hissədə Borclu payları müəyyən edilsin və həmin məbləğ cavabdeh Borclu alınaraq, iddiaçı Tələbkar ödənilsin. “Maserati Granturismo” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il tarixli, ban nömrəsi ZAMUH45B000067459 olan nəqliyyat vasitəsinə dair 15 iyun 2022-ci il tarixdə bağlanan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsində təsdiq edilən alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. “Maserati Granturismo” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobildə 1/2 hissədə Tələbkar, 1/2 hissədə Borclu payları müəyyən müəyyən edilmişdir. İşdə olan sənədlərlə müəyyən olunur ki, Borclu borcundan ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır ”. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən “Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verili”. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir”. “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Göründüyü kimi icra məmuru icra sənədinin icrası ilə bağlı qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri görmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1557/2024 nömrəli iş üzrə 22 iyul 2024-cü il tarixdə verilmiş, 12 mart 2024-cü il tarixli icra sənədinin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-76/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixdə verilmiş, 10 yanvar 2025-ci il tarixli icra sənədinin icra olunması ilə əlaqədar Borclu ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tuturaq, Məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1557/2024 nömrəli iş üzrə 22 iyul 2024-cü il tarixdə verilmiş, 12 mart 2024-cü il tarixli icra sənədinin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-76/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixdə verilmiş, 10 yanvar 2025-ci il tarixli icra sənədinin icra olunması ilə əlaqədar xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar