Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(5-148)-18/2026 13.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, X10 qızının katibliyi, Tələbkar1, Borclu iştirakları ilə Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(106)-57/2025 saylı qətnaməsinin icrasına xx.xx.2026-cı il tarixə qədər möhlət verilməsinə dair Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-400/2023 nömrəli iş üzrə 21 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Borclu Adil oğlu və X3 uşaqları ilə birlikdə Neftçala şəhəri, X7 küçəsi 98 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçılar Tələbkar1 və Tələbkar2 məxsus olan 0,0420 hektar torpaq sahəsindən və həmin sahədə inşa olunmuş fərdi yaşayış evindən çıxarılmaları və yaşayış evinin boşaldılaraq iddiaçılar Tələbkar1 və Tələbkar2 təhvil verilməsi müəyyən edilmişdir.. Həmin iş üzrə cavabdehlərdən Borclu Adil oğlu həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2(106)-57/2025 saylı qətnaməsi ilə cavabdeh Borclu Adil oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)-400/2023 nömrəli iş üzrə 21 iyul 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2(106)-57/2025 saylı qətnaməsinin icrasına xx.xx.2026-cı il tarixə qədər möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Borclu Adil oğlu və X1 uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçılar Tələbkar1 və Tələbkar2 məxsus olan 0.0420 ha torpaq sahəsindən və həmin sahədə inşa olunmuş fərdi yaşayış evindən çıxarılması və yaşayış evinin boşaldılaraq iddiaçılar Tələbkar1 və Tələbkar2 təhvil verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-57/2025 saylı qətnaməsi ilə Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(053)-400/2023 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilərək, cavabdehlər Borclu Adil oğlu və X1 uşaqları (xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4) ilə birlikdə Neftçala şəhəri, X7 küçəsi 98 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçılar Tələbkar1 və Tələbkar2 məxsus olan 0,0420 hektar torpaq sahəsindən və orada inşa olunmuş fərdi yaşayış evinin 70.7 kv.m hissəsindən çıxarılması və fərdi yaşayış evinin həmin hissədə boşaldılaraq iddiaçılar Tələbkar1 və Tələbkar2 təhvil verilməsi qət edilmişdir. İş hazırda icra mərhələsindədir və qətnamənin icrası xx.xx.2026-ci il tarixə təyin olunub. Cavabdehlərin (borcluların) başqa yaşayış yeri yoxdur və onların qış mövsümündə evdən çıxarılması bütün ailəni çox pis vəziyyətdə qoya bilər. Belə vəziyyətdə, xüsusilə də yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 mənafeyi nəzərə alınmaqla qətnamənin icrasına möhlət verilməsini xahiş edir. Məhkəmə iclasında Tələbkar1 izahat verərək Borclu ilə heç bir razılığa gələ bilmədiyini, borclunun Neftçala şəhərində digər bir evinin olduğunu və həmin evin borclu tərəfindən satılaraq əvəzində Bakı şəhərində ev aldığını, hazırda həmin evdə yalnız borclunun anasının yaşadığını bildirmişdir. Bundan başqa tələbkar qeyd edir ki, əgər borclu qış ayı olduğunu əsas gətirərək uşaqlarına narahatlıq yaratmamaq səbəbindən evdən çıxmaq istəmirsə, bu halda o, hətta borcluya təklif edir ki, kirayə olaraq ev tutsun və həmin evin kirayə haqqının tələbkar olaraq şəxsən öz üzərinə götürür. Borclu Tələbkar1 bu təklifinə cavab olaraq evdən çıxmayacağını təkidlə bildirir. Tələbkar1 qeyd etdiklərinin nəzərə alınaraq ərizənin təmin edilməməsini xahiş etdi. Ərizəyə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş digər Tələbkar2 gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsini rəhbər tutaraq, ərizəyə yuxarıda qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmamalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd etmişdir ki, məhkəmələrə izah edilsin ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli məhkəmə qətnaməsi çıxarılandan iş üzrə cavabdehlərdən Borclu davamlı olaraq qətnaməni mübahiləndirmiş və yuxarıda qeyd olunan instansiyada işə baxılaraq Neftçala Rayon Məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmişdir. Yuxarıda göstərilənlərdən və işin digər faktiki hallarından görünür ki, cavabdehin (borclunun) məqsədi icra sənədinin icrasını yubatmaq məqsədi daşımış və buna nail olmuşdur. Ona görə də cavabdeh (borclu) Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2(106)-57/2025 saylı qətnaməsi ilə üzərlərinə qoyulan vəzifələri qeyri şərtsiz yerinə yetirməlidir. Bu və digər səbəblərdən cavabdehin (borclunun) tələbi (təklifi) qətnamənin icrasına möhlət verilməsinə yönəlmiş tələblər (təkliflər) kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən ərizə rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2(106)-57/2025 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair Borclu ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №8(5-148)-18/2026
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(5-148)-18/2026
13.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver