Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(5-148)-2/2026 19.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, X1, Borclu iştirakı ilə, X1 “alimentin indeksasiyası barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 “alimentin indeksasiyası barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiyası aparılaraq, Borclu sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının mütənasib indeksinin müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Borclu ilə Neftçala Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2(053)-13/2021 saylı qətnaməsi ilə Borclu ərizəçinin xeyrinə 27 sentyabr 2015-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat məbləğdə aliment tutularaq anaya ödənilməsi barədə qətnamə qət edilmişdir. Hazırda həmin vaxtdan 4 ildən çoxdur ki, müddət keçmiş, uşaq böyümüş və xərcləri kifayət qədər artmışdır. Ərizəçi Borclu tərəfindən verilən alimentin yaşayış minimumumun belə yarısı olmadığını bildirir. Məhkəmə iclasında iştirak edən X3 ərizə ilə eyni məzmunlu izhaat verərək ərizənini təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu övladını istədiyi vaxt görə bilər bununla bağlı heç bir məhdudiyyət yaratmır. Məhkəmə iclasında iştirak edən Borclu işləmədiyi və alimenti anasının pensiyasından ödədiyindən ötrü ərizənin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, övladı ilə görüşmür, tələbkar şərait yaratmır. Məhkəmə,tərəflərin izahatını dinləyib, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidenti X16 əsasən minimum aylıq əmək haqqının məbləği 2021-ci il üçün 250 manat müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(053)-13/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 27 sentyabr 2015-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat məbləğdə alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir. İş materiallarında olan, Bankə qəsəbə İƏDN-dən verilən arayışdan görünür ki, X2 rayonu, Bankə qəsəbəsində yaşayır. İş materiallarında olan, AZ-İİİ seriyalı 643173 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2015-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. Ata qrafasında Borclu, ana qrafasında X6 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixində 82 nömrə ilə qeyd olunmuşdur. İşin faktiki hallarından müəyyən olunur ki, X9 ilə Borclu arasındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş 27 sentyabr 2015-ci il təvəllüdlü X17 iddiaçı X5 yanında saxlanılmış, onun saxlanılması üçün aliment tutulmuşdur. X4 alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Neftçala Rayon Məhkəməsinin 2(053)- 13/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 120 manat məbləğdə müəyyən edilmişdir. 2021-ci ildə ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. 120 manat məbləğdə aliment 2021-ci il üçün minimum əmək haqqının 0,48 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin 2(053)-13/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-13/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu 27 sentyabr 2015-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №8(5-148)-2/2026
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(5-148)-2/2026
19.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver