Məhkəmə qərarları › İş №8(5-148)-3/2026

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(5-148)-3/2026

19.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(5-148)-3/2026 19.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, X1 “alimentin indeksasiyası barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 “alimentin indeksasiyası barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu 29 avqust 2017-ci il tarixli 2(53)-1013/2017 saylı qətnaməsi müəyyən olunmuş aliment məbləğinin indeksasiayası aparılaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində alimentin indeksasiya edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə 28 aprel 2016-cı ildə rəsmi nikah bağlayaraq ailə münasibətinə daxil olmuşdur. Onların rəsmi nikahdan 29 aprel 2017-ci il təvəllüdlü X10 və 19 iyun 2021-ci il təvəllüdlü X11 adlı övladları dünyaya gəlmişdir. Ərizəçi qeyd edir ki, hal-hazırda rəsmi nikahdadırlar və nikahları pozulmamışdır. Lakin Neftçala Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2(53)-1013/2017 saylı qətnaməsi ilə onların birgə nikahından doğulmuş 29 aprel 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat məbləğində aliment Borclu tutularaq X4 ödənilməsi qət edilmişdir. Neftçala Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2(53)-1013/2017 saylı qətnaməyə uyğun icra sənədi Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. X2 məhkəməyə ərizə ilə müraciət edərək ərizəsini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılıb təmin edilməsini xahiş etmişdir. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidenti X8 əsasən minimum aylıq əmək haqqının məbləği 2017-ci üçün 155 manat müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2(53)-1013/2017 saylı qətnaməsi ilə onların birgə nikahından doğulmuş 29 aprel 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat məbləğində aliment Borclu tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 946621 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci ildə Neftçala şəhərində doğulmuşdur. Ata qrafasında Borclu, ana qrafasında X5 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 18 may 2017-ci il tarixində 10 nömrə ilə qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV seriyalı 574257 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci ildə Neftçala şəhərində doğulmuşdur. Ata qrafasında Borclu, ana qrafasında X6 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 09 avqust 2021-ci il tarixində 194 nömrə ilə qeyd olunmuşdur. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Neftçala Rayon Məhkəməsinin 2(53)- 1013/2017 saylı qətnaməsi ilə 90 manat məbləğdə müəyyən edilmişdir. 2017-ci il ölkə üzrə minimum əmək haqqı 155 manat müəyyən edilmişdir. 90 manat məbləğdə aliment 2017-ci il üçün minimum əmək haqqının 0,58 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin 2(53)-1013/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(53)-1013/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Borclu 29 aprel 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 90 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar